Pylones Azərbaycan xəritədə

Pylones Azərbaycan

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 2 AZ1000 *** 3 səs

Pylones Azərbaycan haqqında

Pylones - ev üçün aksessuarlar aləmində tamamilə yeni yanaşma yaradan məhşur brenddir. Bildiyimiz kimi, bizim həyatımız müxtəlif xırdalıqlardan ibarətdir. Bizim gündəlik əhval-ruhiyyəmiz və həyat tərzimiz həmin xırdalıqların necə olmasından asılıdır. Pylones isə gündəlik həyatımızda istifadə etiyimiz əşyaların dizaynında yeni konstruksiyalı ideyalar, forma və ləvazimatlardan istifadə edərək həyatımızda rəng qatır. Artıq 25 illik tarixi olan bu brendin dizaynerləri gündəlik həyatımızda istifadə etməyə öyrəşdiyimiz adi əşyaları çox qeyri-adi bir dizaynla bizlərə təqdim edirlər. Məsələn, Nanna sürtgəci, Emilie istiot qabı –bunlar bəlkə də mətbəxtə ən diqqət çəkməyən əşyalar olsa da Pylones onları evin ən sevimli əşyalarından birinə çevirməyə nail olmuşdur.

Pylones ev üçün aksessuarlar

Pylones qab yumaq üçün süngərlər, duz və istiot qabları, sabun qabları, ev heyvanları üçün yemək qabları, şəkər qabları və s. kimi əşyaları müxtəlif cizgi film qəhrəmanları, dəyirman və ya gimnast formasında istehsal edir. Pylones həmçinin də, müxtəlif manikur dəstləri, daraqlar və rəngli güzgülər istehsal edir ki, insanın üzündə gülüş yaradır və əhvalını yüksəldir. Bunu da qeyd etmək mütləqdir ki, qeyri adi və çox rəngli olmaqları ilə yanaşı çox rahatdırlar. Bu əşyalar həm çox partik, həm də çox ekskluzivdirlər.