Purepro xəritədə

Purepro

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 43 AZ1021 *** 1 səs

Purepro haqqında

Əks osmoslu filtr – Su təmizləmə texnologiyası kimi əks osmos ötən əsrin 60-cı illərindən istifadə olunmağa başlamışdır. İlkin olaraq əks osmos dəniz suyunun şirinləşdirilməsi üçün istifadə olunurdu, lakin hal hazırda bu effektli üsul daha geniş tətbiq sahəsinə malikdir: onun köməyi ilə dünyanın müxtəlif regionlarında hər gün yüz minlərlə ton içməli su istehsal olunur. Əks osmos texnologiyası – Əks osmos – suyun molekulyar səviyyədə təmizlənməsi texnologiyasıdır. Əks osmos filtrlərinin yaradılması ideyası təbiətin özü tərəfindən irəli sürülüb: baza olaraq divarlarından yalnız müəyyən ölçülü molekulların keçdiyi canlı hüceyrələrdə maddələr mübadiləsi prosesi götürülmüşdür. Əks osmos filtrləri ilə suyun təmizlənmə texnologiyasında virusların ölçülərindən 200 dəfə, və bakteriyaların ölçülərindən 4000 dəfə kiçik ölçülü məsamə diametrinə malik sintetik membranlar istifadə olunur. Bu məsamələrdən keçərkən, su molekulları bütün çirklənmələri membrananın arxasında qoyur, çıxışda isə tamamilə təmiz, qatqısız su alınır. Əks osmos filtrləri - əks osmos texnologiyasının təkmilləşdirilməsi onun əsasında istehsal edilmiş su filtrlərinin təkcə sənayedə deyil, ev şəraitində də istifadə imkanını yaratdı. Bunun sayəsində, bütün dünyada millionlarla buna bənzər, yüksək arıtma səviyyəsinə malik içməli su əldə etməyə imkan verən sistemlər quraşdırılmışdır. Əks osmos filtrlərinin çıxışında alınan ssu ekoloji təmiz və insan üçün ən faydalı su olaraq qəbul edilmişdir. Öz keyfiyyətlərinə görə o, qədim buzlaqların suyuna çox yaxındır. Əks osmos filtrləri təmizlənmə üçün nəzərdə tutulan suyun gəldiyi su xəttinə qoşulur, bütün qatqılar isə kanalizasiya sisteminə axıdılır. Əks osmos filtrinin membranının 0,0001 mikron ölçülü məsamələri yalnız su və oksigen molekullarını keçirdir, bunun nəticəsində çıxışda hətta qaynadılmadan da istifadə oluna biləcək dadlı, faydalı su əldə olunur.