PSG Law şirkəti bütün növ hüquqi məsləhət xidmətləri göstərən Azərbaycan şirkətidir. Şirkət özündə 8 illik təcrübəni daşıyır. Belə ki, 2007-ci ildə təsis edilmiş PSG (Praktikal Salyuşns Qrup – www.psg.az ) MMC şirkəti Azərbaycan bazarında hüquq, maliyyə, vergi, mühəndislik, layihə idarəetməsi və s. sahələrdə fəaliyyət göstərirdi. 2011-ci ildə şirkət daxilində aparılan daxili struktur dəyişikliyi nəticəsində PSG MMC-də hüquq departamenti yaradılmışdır və mülki, korporativ, kommersiya, beynəlxalq ticarət və s. hüququ sahəsində fəaliyyətini davam etmişdir. PSG MMC-nin struktur tərkibində olan departametlər və xidmətlərin çeşid müxtəlifliyi hüquq sahəsinin müstəqil şirkət formasında təsis edilməsini gündəmə gətirdi və təsisçilərin qərarı ilə 2015-ci ildə PSG Hüquq MMC təsis olundu.
PSG Hüquq ABŞ, Niderland, Böyük Britaniya, Gürcüstan, Türkiyə-də təsis edilmiş şirkətlər vasitəsilə yerli və xarici müştərilərimizə geniş xidmətlərimizi təklif edir. PSG Hüquq MMC həmçinin yerli və xarici şirkətlərlə qurduğu əməkdaşlıq vasitəsilə beynəlxalq layihələrə yüksək xidmətlər göstərmək imkanını əldə etmişdir. Xarici təcrübəmiz Baker & McKenzie, Clifford Chance, Vinson & Elkins, Deloitte, Norton Rose, Lustrous, Hogan Lovells, United Trust və s. şirkətlərini əhatə edir. Azərbaycan daxili bazarında OMNİ, Bakı Hüquq Mərkəzi, BM Law Firm və digər yerli partnyorlarla əməkdaşlıq edirik.