Biz, Bakıda əsası qoyulmuş, gənc və kreativ rəqəmsal-reklam agentliyiyik. Kreativ strategiya və konsepsiyanın hazırlanması, həyata keçirilməsi, yaradıcı ideyalarla dəstəklənməsi– bütün bunlar bizim geniş çeşidli təkliflər menyumuza daxildir.
Niyə məhz rəqəmsal reklam?
Çünki bu maraqlı və effektivdir, ən əsası işin nəticəsi özünü doğruldur. Bütün proses şirkətin daxili resursları hesabına görülür, autsorsinq edilmədən. Biz, qısa müddətdə konkret məqsədlərə nail olmaq üçün sizə köməkçi ola biləcək biznes qərarların hazırlanması üzrə ixtisaslaşmışıq. Biznesinizi inkişaf etdirmək və onu yeniləmək üçün bizə müraciət edin. Amma ilk növbədə saytımızda olan, bu vaxtacan etdiyimiz işlərin siyahısı ilə yaxından tanış olun. Ən inanılmaz ideya və fikirlərinizi dilə gətirməkdən çəkinməyin. Çünki məqsədimiz işinizi yola vermək deyil, işinizi yoluna qoymaqdır.
Promote Rəqəmsal-reklam Agentliyinin xidmətləri
- Veb saytlar - Biz Sizin saytınızın layihəsini, dizaynını hazırlayaraq məhsul və ya xidmətiniz haqqında məlumatların bütün əməliyyat sistemləri və brauzerlərdən ən effektiv şəkildə görülməyini təmin edən sayt yaradırıq.
- Mobil proqram təminatı - Biz iOS (iPhone, iPad) və Android əməliyyat sistemləri ilə çalışan smartfonlar üçün proqram təminatı dizayn edib yaradırıq və xüsusi onlayn satış meydançalarında yerləşdiririk.
- SM Yüksəldilməsi - Biz sizin Facebook, İnstagram və s. kimi sosial şəbəkələrdəki səhifələri, kanalları yüksəldərək sizin potensial müştərilərinizi artıra bilərik.
- Facebook Proqramları - Biz Facebook üçün proqram təminatı - səhifə nişanı, oyun, anket, kalkulyator və s. dizayn edir, yaradır və yerləşdiririk.
- Fotosessiya - Layihənizdə ən yüksək nəticələri əldə etmək üçün biz sizə Orxan Aslanovdan fotosessiya təklif edirik. Siz yüksək keyfiyyətli və retuş olunmuş şəkillər əldə edəcəksiniz.
- Video çəkiliş - Sizə Videography tərəfindən professional videoçəkiliş və TİME Studio tərəfindən montaj təklif edirik.