Promod xəritədə

Promod

Bakı, Səbail rayonu, Nizami küçəsi, 80/96 AZ1000 *** 2 səs

Promod haqqında

Fransız dəbli geyim markası "Promod" bütün dünyada məşhurdur. Azərbaycnda "Promod" məhsulları Bakıdakı mağazaları vasitəsilə satılır. Müəllifi Frans-Şarl Pole olan markanın yaranma tarixi 1975-ci ilə gedib çıxır. Artıq 40 ildir ki, "Promod" dəbdən anlayan qadınların qarderobunu dolduran zərif geyimlər istehsal edir. Bu illər ərzində "Promod" bir çoxlarının seçimi olaraq böyük uğur qazanmışdır. Markanın geyimləri əsasən gənc xanımlar üçün nəzərdə tutulur. Mağazalarımızda qiymətlər sərfəli, keyfiyyət isə yüksəkdir, modellərin xarici görünüşü isə alıcıları daim sevindirir.

Promodun ximdətləri

"Promod"-u seçmiş qadın müasir, dəbli, eleqant və aktiv həyat sürən qadındır. Bu markanın geyimləri istənilən həyat hadisəsi - məclislər, gündəlik, işgüzar - üçün nəzərdə tutulub. Özündə bir neçə dəb istiqamətlərini birləşdirən "Promod" -u iki əsas xəttə bölmək olar: klassik və gündəlik. Kolleksiyamızdakı geyimlər həm dəbi, həm də ciddi üslubu sevən xanımları məmnun edir. "Promod" geyim çeşidi kifayət qədər genişdir və müxtəlif cins, ətək, mayka, kostyum, pencək, şalvar, sviter, şərf modellərindən ibarətdir. Bütün bunları siz mağazalarımızdan ala bilərsiniz. Bundan əlavə müştərilərə incə ziyafət geyimləri də təqdim olunur. Bu geyimlərdə siz ziyafət boyunca əks cinsin diqqət mərkəzində olacaqsınız. Məhsullarımızın keyfiyyəti yüksəkdir.