Prolink Caspian xəritədə

Prolink Caspian

Bakı, Sabunçu rayonu, Şiхov qəsəbəsi, Salyan şossesi, 32 AZ1023 *** 2 səs

Prolink Caspian haqqında

2005-ci ildə təsis edilmiş “PROLINK CASPIAN” MMC dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq qazıma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır: JCB - İnşaat və yol-tikinti işləri üçün avadanlıqlar, habelə generatorlar və enerji qurğuları da daxil olmaqla, yerqazan və yükqaldırıcı avadanlıqlar; MAGNI – roto-teleskopik yükləyicilər və yüksək yük qabiliyyəti olan teleskopik yükləyicilər COMBİLİFT - dünyada ilk 4 istiqamətdə hərəkət edə bilən cənqəlli yükləyicilər və xüsusi qaldırıcı avadanlıqlar UTILEV - Stok qaldırıclar, avtomatik səyyar və sənaye yük qaldırıcılar; HYSTER - Anbar avadanlıqları, sənaye təyinatlı avtoyükləyicilər, konteyner daşımaları üçün çəngəlli yükqaldırıcılar və uzadılan oxa və teleskopik çalova malik yükləmə-boşaltma texnikası; JLG - Hündürlükdə işləmək üçün platformalı qaldırıcılar, özüyeriyən yükqaldırıcılar, səyyar sərnişin qaldırıcıları və digər qaldırıcı texnika. Hal-hazırda, “Prolink Caspian” şirkəti tikinti avadanlıqları, materialların yüklənib-boşaldılması və ehtiyat hissələrin təchizatı bazarında aparıcı mövqeyə malikdir və icarə, satış və servis xidmətləri əsnasında hər bir müştərinin tələbatına xüsusi diqqətlə yanaşır. “Prolink Caspian” şirkəti keyfiyyətin təminatı üzrə ISO 9001:2008 saylı standart (Tikinti və yükləmə-boşaltma / yüklərin daşınması üzrə avadanlıqların satışı və satışsonrası xidmət standartı) əsasında qiymətləndirilərək sertifikat əldə etmişdir. “Prolink Caspian” şirkətində servis xidmətlərinin təşkili üzrə kompleks yanaşma tərzinə keyfiyyətli satışöncəsi hazırlıq, zəmanət və satışsonrası xidmətlər, habelə texniki xidmət və ehtiyat hissələrin təchizatı daxildir. Hazırda Azərbaycanın bütün regionlarından olan müştəriləri ən yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün Bakı şəhərində “Prolink Caspian” şirkətinin satış və servis mərkəzi fəaliyyət göstərir. “Prolink Caspian” şirkəti bütün texnika və avadanlıqlara zəmanət verir. Həmçinin, şirkətimizin müştəriləri aşağıdakı üstünlüklərdən faydalana bilərlər: sərbəst qiymət siyasəti:topdan / pərakəndə satış qiymətləri və xüsusi qiymətlər (tədarük həcmindən asılı olaraq), müxtəlif ödəniş üsulları: kredit, icarə və ödəniş vaxtının uzadılması (əsas və daimi müştərilər üçün). Müştərilərimizin siyahısına kiçik və orta həcmli biznes müəssisələri ilə yanaşı, ARDNŞ, “BP”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “AS Group”, “Hidroinşaat”, “AKKORD”, “Gilan Holding”, “ZQAN Holding”, “McDermott”, “Halliburton”, CSS, “Aral Group”, SDL, “Lotos. Co Ltd.”, “Azərtunelsutikinti”, “Aikon CPIT”, “Evian Group”, MCG, “Azimport”, “Hidro Group” və s. kimi ən iri yerli və birgə müəssisələrin nümayəndələri daxildir. Bizim missiyamız Biz yüksək ixtisaslı mütəxəssislərimiz və keyfiyyətli servis sayəsində ölkəmizin inkişafında müstəsna xidmətləri olan müştərilərimizə tikinti texnikası və yükləmə-boşaltma / daşınma avadanlıqları üzrə ən etibarlı, səmərəli və qabaqcıl məhsullar təklif edirik. Bizim vəzifəmiz dəyərli müştərilərimizi ən qısa çatdırılma müddəti ərzində və rəqabətədavamlı qiymətlər müqabilində yüksək keyfiyyətli servis xidmətləri ilə təmin etmək, eləcə də müştərilərin bu sahədə bütün tələbatını tam şəkildə ödəməkdir. Şirkətimizin inkişaf konsepsiyası Bizim niyyətimiz müştərilərə ən yaxşı servis xidməti göstərməklə, yüksək səviyyəli texnika və avadanlıqların satışı üzrə lider olmaqdır. Biz hər bir müştəriyə biznesimiz üçün müstəsna əhəmiyyət kəsb edən vacib amil kimi yanaşırıq və innovasiyalı məhsulları, habelə yüksək keyfiyyətli xidmətləri məsuliyyətli tərzdə təklif etməyə hazırıq. Bizim məqsədimiz Şirkətimizin məqsədi ən yaxşı tərəfdaşları cəlb etmək və bu tərəfdaş əlaqələrini qoruyub saxlamaq, satış üçün ən keyfiyyətli avadanlıqları təklif etmək, ən əsası isə texnika və avadanlıqları ən etibarlı servis xidmətləri ilə müşayiət etməkdir! Bizim dəyərlərimiz • Keyfiyyət; • Peşəkarlıq; • Müştəri yönümlü siyasət; • Komanda şəklində işləmək; • İşçilər üçün münasib əmək şəraiti; • Etibarlılıq. Biz yeni generatorlar, enerji qurğuları, avtoyükləyicilər, ekskavator-yükləyicilər, tırtıllı ekskavatorlar, təkərli ekskavatorlar, teleskopik yükləyicilər, özüboşaldan yük avtomaşınları, çətin keçilən ərazilərdə / sənaye sahələrində istifadə olunan çəngəlli yükqaldırıcılar, mini- ekskavatorlar / midi-ekskavatorlar, arxa çalovlu yükləyicilər, yolbasan maşınlar, konteyner daşımaları üçün çəngəlli yükqaldırıcılar, uzadılan oxa və teleskopik çalova malik yük maşınları, kranlar, beton və tapanlama texnikası, eləcə də digər yeni tikinti-inşaat, yükləmə-boşaltma və ağır texnika və avadanlıqlarla bağlı sizə məlumat verməyə və bütün suallarınızı cavablandırmağa hazırıq. Biz həmçinin Azərbaycanda satış, icarə və servis xidmətləri, o cümlədən ehtiyat hissələrin çatdırılması ilə bağlı lazımı məlumatları təqdim edə bilərik.