2013-cu ildən fəaliyyətə başlamış Progress Travel şirkəti qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən turizm agentlikləri arasında özünəməxsus və əhəmiyyətli yerini tutmuşdur. Bu gün Progress Travel şirkəti turizmdə çoxsahəli fəaliyyət dairəsinə malikdir.Hal-hazırda “Progress Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya. Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “Progress Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır.
Azərbaycana səfər edən qonaqlara isə qədim Bakı şəhəri və Abşeron yarımadasının qədim tarixi abidələrini, dəniz kənarı bulvarını,Şəkinin Xan sarayı,qədim karvansarayları,Gəncə şəhərinin giriş qapısını,qədim Lahıc kəndini, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Qubadakı dünyanın ən qədim yaşayış məskənlərindən olan Xınalıq kəndi, Azərbaycanın ilk paytaxtı olan Qəbələ şəhərini,oradakı alban məbədlərini, onminilliklərlə tarixi olan Qobustanın qayaüstü rəsmləri, Lənkəranın əsrarəngiz meşələrini və zəngin mətbəxini,Qusarın qış-yay olimpiya kompleksini göstərməyə hazırıq. Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli müştərilərin istənilən arzusunu nəzərə alan “Progress Travel” şirkəti bütün bunları təqdim etməyə hazırdır.