Profarma MMC yüksək keyfiyyətli Avropa dərmanlarının idxalında böyük bacarığa malik, hazırkı və gələcək nəsillərin ehtiyaclarını hesaba almaqla fəaliyyət göstərən yerli bir müəssisədir.Onun əsas fəaliyyəti dərman preparatlarının Azərbaycana idxalı, marketinqi və satışından ibarətdir. Şirkət 2002-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir .
Şirkət əsas üstünlüyü Azərbaycanın istənilən yerində müştərilərimizin tələb olunan dərman preparatları ilə tez, çevik və səmərəli şəkildə təmin edilməsinə verir. Bu çağırışa cavab vermək üçün bizim 45 regionda 40-a yaxın nümayəndəmiz var ki, bunlar bütün ölkə ərazisinə dərmanların etibarlı şəkildə çatdırılmasına qarantiyadır.Bizim məqsədimiz - müştərilərimizin seçimlərində üstünlük verdikləri təchizatçı olmaqdır. Müştərilərin xeyiri və məmnunluğu vacibdir və biz problemlərin həlli üçün onlarla yoldaşlıq ruhunda işləmək üçün, müştərinin tələbatını ən erkən mərhələdə müəyyən etmək qabiliyətimizi daha da inkişaf etdiririk. Maksimal təhlükəsizlik, malın yüksək keyfiyyəti və optimal kommersiya effektlilik faktorları da məqsədlərimizə çatmaq üçün eyni dərəcədə əhəmiyyət kəsb edirlər.
Portfelində 44 dərman olan Profarma Azərbaycanda ən geniş yayılmış xəstəlikləri əhatə etmək üçün öz dərman siyahısını artırmağa davam edir.
İnsanların sağlamlığı üçün məsuliyyət bizi məcbur edir ki, öz elmi və tədqiqat potensialımızı hər zaman təkmilləşdirək və bu minvalla əhalini müasir yüksək keyfiyyətli və effektli müalicə metodları üçün vacib olan dərmanlarla təmin edək.2010-cu ildə Parisdə şirkətə Avropanın “Keyfiyyətə görə” Beynəlxalq prizi (25th Golden Europe Award for Quality - New Millennium Award) təqdim olunmuşdur.