Ali Attestasiya Komissiyası xəritədə

Ali Attestasiya Komissiyası

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 8 AZ1001 *** 3 səs

Ali Attestasiya Komissiyası haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  respublikada yüksək ixtisaslı elmi və elmi – pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak edən dövlət orqanıdır. Ali Attestasiya Komissiyasının məqsədi Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə elmi dərəcələrin (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı mülkiyyət formasından asılı olmayaraq elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali təhsil müəssisələrindən daxil olan attestasiya işlərinin ekspertizasını həyata keçirir və onlara dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir.Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali  Attestasiya Komissiyasında fəaliyyət göstərən ekspert şuraları

  • Fizika, Riyaziyyat və İqtisadiyyat

Riyaziyyat və Mexanika elmləri
Fizaka elmləri
İqtisadiyyat və Hüquq elmləri

  • Texnika və Kimya

Texnika elmləri (informatika və energetika sahələri)
Texnika elmləri (maşınqayırma, inşaat, neft və qaz sənayesi)
Kimya elmləri
Yer elmləri

  • Tibb, Biologiya və Kənd Təsərrüfatı

Tibb elmləri
Biologiya və Kənd Təsərrüfatı elmləri

  • Humanitar

Filologiya elmləri
Tarix və Siyasi elmləri
Fəlsəfə, Pedaqogika, Psixologiya və İlahiyyat elmləri
Sənətşünaslıq və Memarlıq elmpəri
Hüquq və İqtisadiyyat elmləri