Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası respublikada yüksək ixtisaslı elmi və elmi – pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak edən dövlət orqanıdır. Ali Attestasiya Komissiyasının məqsədi Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə elmi dərəcələrin (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı mülkiyyət formasından asılı olmayaraq elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali təhsil müəssisələrindən daxil olan attestasiya işlərinin ekspertizasını həyata keçirir və onlara dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir.Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir.
Riyaziyyat və Mexanika elmləri
Fizaka elmləri
İqtisadiyyat və Hüquq elmləri
Texnika elmləri (informatika və energetika sahələri)
Texnika elmləri (maşınqayırma, inşaat, neft və qaz sənayesi)
Kimya elmləri
Yer elmləri
Tibb elmləri
Biologiya və Kənd Təsərrüfatı elmləri
Filologiya elmləri
Tarix və Siyasi elmləri
Fəlsəfə, Pedaqogika, Psixologiya və İlahiyyat elmləri
Sənətşünaslıq və Memarlıq elmpəri
Hüquq və İqtisadiyyat elmləri