Prestij-S tədris mərkəzi 2008 ci il sentyabr ayindan fealiyyətə başlamışdır.Mərkəzdə qısa vaxt ərzində muasir dövrün tələblərinə uyğun olan tədris metodlarından istifadə edilərək yuksək nəticələr əldə edilmişdir.Bunun nəticəsi olaraq təkcə ötən tədris ilində abituriyent hazırlığında 98% ,magistr hazırlığında isə 99% nəticə əldə edilmişdir.Fəaliyyətə başladığı ilk gündən tədris mərkəzində tələbələrin rahat tehsil almaları üçün bütün şərait yaradılmışdır.Dərslər ayrı-ayrı geniş,rahat otaqlarda tedris olunur.
Dərslərin təşkilində yüksək ixtisaslı və böyük tecrübəyə malik müəllimlərin əməyindən istifadə olunur.Dərslər fərdi yanaşma və interaktiv təlım metodları əsasında təşkil olunur.Zəif tələbələr üşün əlavə dərs saatları təşkil olunur.Abituriyenlər üçün hər ayin sonuncu bazar gunləri ay ərzində kecirilən mövzulara uyğun olaraq sınaq imtahanları kecirilir.Təhsil ilinin son 3 ayında isə ümümi sınaqlar keçirilir. Hər abituriyentin nəticələri bilavasitə valideynlərə açıqlanırZəif nəticə göstərən abituriyentlər haqqindda hər ay keçirilən valideyn iclaslarında valideynlərlə birlikdə ölçü götürülür.