Prant Daşınmaz Əmlak Agentliyi xəritədə

Prant Daşınmaz Əmlak Agentliyi

Bakı, Yasamal rayonu, İslam Səfərli küçəsi, 23 AZ1000 *** 0 səs

Prant Daşınmaz Əmlak Agentliyi haqqında

«PRANT» beynəlxalq informasiya agentliyi artıq 17 ildir ki, Azərbaycanın daşınmaz əmlak bazarında tanınmış liderdir. O, 1997-ci ildə əsas təsisçisi və Prezidenti olan Yusif Ələkbərovun rəhbərliyi ilə yaradılmışdır. Daşınmaz əmlakın icarəyə verilməsi və satışı üzrə xidmətlər göstərməklə fəaliyyətini başlayan agentlik, hazırda Azərbaycanın daşınmaz əmlak bazarında orta və iri miqyaslı investisiya layihələrininin həyata keçirən ilk özəl müəssisədir.

Bu gün «PRANT» informasiya agentliyi öz statusunu təkcə Azərbaycanın daşınmaz əmlak bazarında yox, həm də onun hüdudlarından kənardа, dünya dövlətlərinin digər tanınmış təşkilatları və şirkətləri ilə birgə fəaliyyət zəminində təsdiq etmək iqtidarındadır. Ölkədə iqtisadi durumun yüksəlişi ilə əlaqədar son illər ərzində agentlik dünyada biznesin müxtəlif sahələrində özünü göstərməyə nail olmuş və dəfələrlə beynəlxalq mükafatlarla təltif edilmişdir.

Prant beynəlxalq daşınmaz əmlak informasiya agentliyi 

  • 6 noyabr 2004-cü il tarixində İtaliyanın paytaxtında keçirilən müsabiqədə, şirkət, yüksək keyfiyyət göstəricilərinə görə «Qızıl Ulduz» beynəlxalq mükafatına layiq görülmüşdür.
  • 2005-ci ilin sentyabr ayında ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri sırasına qəbul oulnmasını qeyd etmək olar.
  • 2006-cı ilin aprel ayında “PRANT” ilin “Avropada nüfuz və keyfiyyət lideri” adını almağa müvəffəq olmuş və müvafiq priz ona İsveçrənin Sürix şəhərində təqdim edilmişdir.
  • 2006-ci il May ayında Parisdə “Qızıl Medal”ı, Fransanın “Sənayenin inkişafına yardım Assosiyasiyası” tərəfindən keçirilən beynəlxalq müsabiqənin laureatı olmaqla qazana bilmişdir.
  • 2006-cı ilin aprel ayında “PRANT” agentliyinin Prezidenti Yusif Ələkbərov, “Sülhməramlı səfir” fəxri adını qazanmışdır.
  • 2006-cı ilin sonunda Gülüstan Sarayında keçirilən mərasimdə “Uğur” mükafatına layiq görülmüşdür
  • 2007-ci ilin fevral ayının 18-19, Almaniyanın Frankfurt şəhərində keyfiyyətli xidmət və yüksək iş texnikasına görə müştəri razılığı, komunikasiya strategiyası, və digər bu kimi 100-dən artıq Avropa Keyfiyyət Mükafatı modeli, prinsipləri əsasında “Avropa arkası” mükafatı ilə təltif edilmişdir.
  • 23-24 sentyabr, London şəhərində BİD-nin təşkil etdiyi növbəti konvensiyasında, növbəti uğur olaraq “Prant” şirkəti “Beynəlxalq Keyfiyyət Tacı”mükafatına layiq görülmüşdür.
  • 2010-cu ildə 20 dekabr tarixində İsveçrənin Cenevrə şəhərində “Prant” agentliyinin prezidenti A.A.Ələkbərov cənabları “Omac” İdarə etmə Assossasiyasının keçirəcəyi Ən Yaxşı və Keyfiyyətli Ticarət Adı Platinium texnologiyaları mükafatı” nın təltif olunması ziyafətinə dəvət olunmuşdur.
  • 2011-ci ilin mart ayının 6-7-sində BİD-nin təşkil etdiyi Avropanın Cenevrə şəhərində keçirilən Konvensiyada Brilliant Kateqoriyalı Əsrin Beynəlxalq Keyfiyyətə görə CQE ERA Mükafatı ilə təltif olundu.