Pits xəritədə

Pits

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 121 AZ1000 *** 2 səs

Pits haqqında

Biz müxtəlif informasiya texnologiyası sistemlərinin layihələndirilməsi, tətbiqi və dəstəklənməsi sahəsində ixtisaslaşmış İT şirkəti olub, eyni zamanda, dəyərli müştərilərimizə yüksək səviyyədə məsləhət xidmətləri və digər peşəkar xidmətlər göstəririk. Bir biznes meneceri kimi, Siz İT imkanlarınızın hansı həddə olduğu və onu daha effektiv vəziyyətə gətirmək üçün nələrin baş verməsinin lazım gəldiyi barədə daha məlumatlı olmaq, bununla belə, İT məsələlərinə daha az vaxt sərf etmək istərdiniz. PITS kiçik və orta müəssisələrə İT-nin idarə edilməsi və dəstək xidmətləri göstərir. Layihə idarəçiliyinə dair məsləhətlərin verilməsi, şəbəkələrin bütün növlərinin mühafizəsi və dəstəklənməsi bizim əsas üstün cəhətimizdir. Biz müştərilərimizin bütün İT tələblərinə, İT xidmətlərinin gündəlik idarə edilməsinə, İT ilə əlaqədar biznes məsələlərinə dair uzunmüddətli məsləhət xidmətlərinin göstərilməsinə və mükəmməl dəyər təqdim edilməsinə görə tam məsuliyyəti üzərimizə götürürük. Missiyamız Azərbaycandakı istənilən miqyaslı təşkilatlar üçün İT xidmətlərini səmərəli və məhsuldar idarə etmək. Vizyonumuz İşimizdə mükəmməlliyə nail olmaq və müştərilərimiz, tərəfdaşlarımız və işçilərimiz tərəfindən ən yaxşı İT xidmətləri göstərən şirkət kimi qəbul edilmək.