Pirallahı rayonu – Bakı şəhərinin 12 inzibati rayonundan biri.4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Pirallahı Rayon Prokurorluğu yaradılmışdır.Pirallahı rayonunun Çilov qəsəbəsi neftlə zəngindir.Pirallahı adası Abşeron yarımadasından şərqdə Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0.2 km-dən 4 km-ə qədərdir. Pirallahı adasında yeni neft yataqlarının istismara başlanması, 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır. 1939-cu ildə Azərneftyağ sənaye Nazirliyi tərəfindən Moskva şəhərində “Damba” körpüsünün tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941–ci ildə başlanmış, 1944–cü ildə başa çatmışdır.1941–ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. Bu vaxta qədər ada ilə sahil arasında gəmi və katerlərdən istifadə olunub
Pirallahı – Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelaqa aid olan və Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşən ən böyük adadır.Əvvəlcə Pirallahının adı rus dilinə tərcümə olunaraq ("bojya svyatınya") "Svyatoy" formasını almışdır. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırılmışdır.1990-cı ildə rəsmən köhnə adı bərpa edilmişdir.21 dekabr 2012-ci ildə yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir. XVIII əsr Rusiya coğrafiyaşünaslığında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar. Bu isə “Pir” və ya “Pirallahı” sözünün sadə, lakin düzgün bədii çevrilməsidir.