Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi 1969-cu ildən fəaliyyət göstərir. Liseyin onlarla məzunu respublikamızin və dünyanın bir çox inkişaf etmiş ölkələrində müxtəlif dövlət işlərində və universitetlərində işləyirlər. Hər il liseyin şagirdləri imtahanlarda yüksək nəticə göstərərək həm Azərbaycan , həm də digər ölkələrin universitetlərinə qəbul olunurlar.
2005-ci ildə 6 nəfər, 2006-cı ildə 5 nəfər, 2007-ci ildə 5 nəfər, 2008-ci ildə 3 nəfər, 2009-cu ildə 3 nəfər, 2010-cu ildə 8 nəfər dünyanın inkişaf etmiş dövlətlərindən Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya Federasiyası, Ukrayna və s. ölkələrin universitetlərinə qəbul olunmuşlar. Lisey məzunlarindan hal-hazırda Türkiyədə 30 , ABŞ-da 2, Fransada 2, Yaponiya, İngiltərə, Almaniyada hər birində 1 şagird təhsil almaqdadır. Liseyin şagirdləri hər il keçirilən ölkədaxili və beynəlxalq olimpiadalarda təmsil olunur, ən yüksək nəticələr göstərir, müxtəlif dərəcəli diplomlara və medallara layiq görülürlər. 1994-cü ildə keçirilmiş beynəlxalq olimpiadada onlardan 1 nəfər YUNESKO-nun qızıl medalına, 1 nəfər isə bürünc medala layiq görülmüşdür. Hal-hazırda liseydə riyaziyyat, fizika və informatika üzrə olimpiada mərkəzləri fəaliyyət göstərir.