“PERSONA” Hazırlıq Kurslarının yaradılmasında məqsəd təhsil sahəsində ölkədə aparılan islahatlarda fəal iştirak etmək, bu sahəyə yenilklər gətirmək, beynəlxalq standartlara cavab verən tədris üsullarına geniş yer verməkdir. Təhsil hər bir cəmiyyətin intellekt səviyyəsinin güzgüsü, inkişafın və tərəqqinin əsasıdır. Təhsilin səviyyəsi və metodologiyası ilə bağlı problemlərin ortaya çıxması təbii bir prosesdir. Əsas məsələ bu problemləri elmi əsaslarla, səmərəli metodlarla aradan qaldırmaq, daima yeniliyə can atmaq, mütərəqqi forma və üsullardan yararlanmaqdır.
Öz fəaliyyətində “Təhsil millətin gələcəyidir” tezisini əsas kimi qəbul edən “PERSONA” Hazırlıq Kursları ölkəmizdə dünya sivilizasiyasına qovuşmaq yolunda bütün sahələrdə olduğu kimi təhsildə də tətbiq edilən yeniliklərə, aparıcı dövlətlərin qabaqcıl təcrübəsinə, beynəlxalq standartrlara cavab verən təhsil sistemi yaratmaq üçün aparılan islahatlara öz töhfəsini vermək əzmindədir.