Performance Center on map

Performance Center

Baku, Yasamal district, Hasanbay Zardabi street, 88 AZ1000 *** 2 voted

About Performance Center

Performance Center şirkəti General Motors korporasiyasının "Chevrolet" və "Cadillac" brendlərinin 1997 - ci ildən yeganə rəsmi dileridir. Həmin ildən şirkət General Motors korporasiyasının şimali amerika istehsalı olan avtomobillərinin, 2004-cü ildən Rusiya istehsalı olan avtomobillərinin, 2005-ci ildən isə Koreya istehsalı olan avtomobillərinin rəsmi dileri oldu. Şirkət yeni avtomobillərin sifarişi ilə yanaşı, onlara texniki xidmət ilə də məşğul olur. Hal-hazırda Azərbaycanda Performance Center şirkətinin 3 diler mərkəzi fəaliyyət göstərir ki, bunlardan ikisi (Babək və Performance Center) Bakıda yerləşir, üçüncüsü isə (Ideal Motors) Gəncə şəhərində öz müştərilərinə xidmət edir. 2011 və 2012- ci illərdə, 2 il ardıcıl olmaqla nəticələrə əsasən Performance Center şirkətinin prezidentinə “Grandmaster” titulunun verilməsi, göstərir ki şirkət öz istehsal göstəricilərini ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırmışdır. Bundan başqa, 2012-ci ildə yüksək nailiyyətlərinə görə “Avtomobil dileri ili”nominasiyasında Azərbaycanın “Uğur”milli mükafatına layiq görülmüşdür.