Müharibə və əmək əlilləri üçün pansionat (El arasında Qocalar evi kimi tanınır) qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. Burada tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.150 yerlik müəssisədə hazırda 150 nəfər yaşayır.