«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında», «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» «Yaşayaış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsaslanmaqla Respublika ərazisində vətəndaşlar ərazi polis orqanlarının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınaraq onlara müvafiq olaraq aşağıda göstərilən xüsusi sənədlər verilir.1. 16 yaşına çatmamış şəxslərə verilən şəxsiyyət vəsiqəsi (şəkilsiz) 2. 16 yaşından yuxarı şəxslərə verilən şəxsiyyət vəsiqəsi.
- onu harada nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına yazılı məlumat verməlidir. Bu zaman şəxsiyyət vəsiqəsini itirən vətəndaş 2 saylı ərizə forması dolduraraq onu 25 mm 30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə (1 manat) birlikdə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Qeyd: Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa onu polis orqanına təhvil verməlidir.
- şəxsiyyət vəsiqəsinin itirilməsinə görə vəsiqəni itirən şəxslər barəsində inzibati qaydada tədbir görülür. (cərimə edilir).
- şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
2 saylı ərizə forması, 3 ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzi (1 manat). Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
-2 saylı ərizə forması ilə birlikdə Qeydiyyat Şöbəsi orqanlarından verilmiş doğum haqqında şəhadətnamə və ya nigahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamə, vətəndaşın hərbi vəzifəsi dəyişdikdə hərbi bilet və ya təhkim şəhadətnaməsini, 3 ədəd rəngli fotoşəkil, və dövlət rüsumunun ödənilməsi barədə qəbzi (1 manat). Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.