Park Chalet Sahdağ xəritədə

Park Chalet Sahdağ

Ləzə kəndi, Qusar, 29 AZ1000 *** 1 səs

Park Chalet Sahdağ haqqında

Park Chalet Şahdağ sizin dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkan. Nəfəs kəsən mənzərəsi ilə ilboyu fəaliyyət göstərən bu otel sizin dağlıq ərazidə gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır.Bu Otel sadəlik və mənəviliyi o cümlədən eleqantlığı, zərifliyi və əbədi dizaynı həmçinin servis və keyfiyyəti ilə bütün gözləntiləri üstələyir. Təklif etdiyi 164 geniş yataq otaqları, dağlara açılan gözəl mənzərəli lüks otaqlarla Park Chalet Şahdağ Oteli mükəmməl mühiti ilə seçilir. Sizi ixtisaslı aşpazlarımızın yaratdığı yemək növlərindən dadmağa və zövq almağa dəvət edirik. Rahat və əlverişli istirahət ərazilərindən eleqant bar və restoranlara kimi hər şey sizin Oteldə qalışınızı unudulmaz etmək üçün tərtib edilmişdir. Park Chalet Şahdağ Oteli tam təchizatlı fitnes və spa mərkəzi ilə qonaqlarının daima formada qalmağını təmin edir.

Otelimiz aşağıdakı xidmətləri qonaqlarımıza təklif edir:

  • Xizək xidməti
  • Tam xidmətli geyim otağı və məşqçilər
  • 24 saat konsyerj xidməti və otağa sifariş
  • Uşaq bağçası və istəyə görə dayə xidməti
  • Sağlamlıq mərkəzi və SPA
  • Nömrələrin gündəlik yığışdırılması və ayaqqabı təmizlənməsi
  • Kimyəvi təmizləmə və çamaşırxana xidmətləri
  • Yeraltı qarajda dayanacaq yeri
  • Kseroks, faks və kompüter xidmətləri

Park Chalet Şahdağ Oteli

Park Chalet Şahdağ Otelinin 164 eleqant qonaq otaqları möhtəşəm dağ mənzərəsi ilə vurğulanmış sadə və bir o qədər də lüks dizayn ilə tərtib olunmuşdur. Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd panellər və geniş həcmli iş masası daxildir. Standart otaqlar 300 ölçülü döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir. Geniş mərmər vanna otaqlarında ayrı tualetlər, duş kabineti və vanna, digər əlavə hamam ərazisi və hamam ləvazimatları daxildir.

Bütün otaqlar ən müasir avadanlıqlarla təchiz olunmuşdur:

  • İndividual temperatur tənzimləmə
  • 42 düz ekran kabel televiziyası və geniş kanal çeşidi
  • Beynəlxalq göstərici portları və simsiz internet
  • Təhlükəsiz depozit qutusu
  • Mini bar və espresso maşını
  • Ayrı vanna otağı, duş kabineti və Asprey hamam ləvazimatları
  • Fen, ütü və ütü lövhəsi, hamam xələti və başmağı
  • İhome dok stansiya
  • Qeyri allergik yastıq, uşaq çarpayısı və əlavə çarpayı (tələb olunarsa)

Sağlamlıq və Spa Park Sahdağ

Lüksun dəbdəbəli dünyasına, sakitlik və dincliyin vahəsinə addım atmaq istəyirsinizsə o zaman Cinq Mondes Spa məhz sizin üçün yaradılmışdır. Burada rahatlıq və yumşaqlıqdan zövq alacaqsınız.Sizi öz rahatlığınızı və cavanlaşmağınızı hiss edəcəyiniz səyahətə aparan Cinq Mondes Spa fərdiliyi və xüsusiliyi nəzərə alaraq dizayn edilmişdir və sizə dəbli eyni zamanda rahatlaşdırıcı mühitdə istirahət etmək şəraiti yaradır.Ənənəvi müalicə və rahatlaşdırıcı prosedurların keyfiyyət, orijinallıq və adətlərlə vəhdətinin təminatı ilə özünüzü daha da əzizləyin.Cütlük üçün əlavə otaq da daxil olmaqla 4 prosedur otağı, buxar otağı, türk hamamı, xüsusi Rəsul İstirahət və Müalicə otağı və termal çarpayılarla rahatlaşdırıcı məkan qonaqlarına unikal təcrübə və rahatlıq vəd edir.Əzəmətli dağlar arasında əsl cənnət məkan olan bu Otel öz qonaqlarını böyük səbirsizliklə gözləyir.

Park Sahdağ - The Club Fitnes Mərkəzi

Bizim fitnes mərkəzimiz tam təchizatı ilə sizin yolunuzu gözləyir. 20 metrlik qapalı dairəvi hovuz və tam təchizatlı fitnes mərkəzi sizin daim formada qalmağınızın təminatçısıdır. Tam təchizatlı “Pecor” fitnes avadanlıqlarından istifadədən və ya hovuz ətrafında istirahətdən asılı olmayaraq “Park Chalet Shahdag Hotel” Oteli sizi ən gözəl ləvazimatlarla təmin edəcəkdir.Hovuzkənarı barımızda yüngül sərinləşdirici içkilərdən içib təbiətin gözəlliyindən zövq ala bilərsiniz.

Bizim idman və sağlamlıq ləvazimatlarımıza aşağıdakılar aiddir:

  • 20 metrlik qapalı hovuz
  • Cakuzi
  • İdman zalı
  • Sauna
  • Kişi və qadınlar üçün fərdi dəyişmə otağı

Konfranslar və tədbirlər Park Chalet Sahdağda

İclaslar və Konfraslar - Otel, kiçik ölçülü tədbirlər və qonaqlıqlar o cümlədən böyük həcmli toplantıların həyata keçirilməsi üçün lazımi konfrans avadanlıqları ilə təchiz olunmuşdur.Biz böyük səylə sizin tədbirinizin layiqincə həyata keçirilməsinə zəmanət veririk.Tədbirinizin ideal həyata keçməsi, o cümlədən heç bir detalın gözdən qaçmaması və sizi daha böyük hadisələrdən yayındırmamaq məqsədilə sizin üçün xüsusi ayrılmış konfrans kordinatorumuz kreativ ideyalarla tədbirinizin unudulmaz və yadda qalan olması üçün daim xidmətinizdə olacaqdır.

Bizim çoxfunksiyalı və banket üslubunda 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan Samur Konfrans Zalımız gün işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunmuşdur.Samur Konfrans Zalı həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir.Açıq terras və funksional ərazi ilə Samur Konfrans Zalı qəhvə fasilələri və kokteyl qəbulları üçün unikal imkan yaradır.Əlavə olaraq, “Park Chalet Shahdag Hotel” daha fərdi və xüsusi tədbirləriniz üçün də hazırlanmış yerlər təklif edir.Bununla yanaşı, daim ünsiyyətdə olmaq istəyənlər üçün Otelin Biznes Mərkəzi 7 gün səhərdən axşamadək fəaliyyətdədir.

Xüsusi Tədbirlər - Toplantı, həvəsləndirmə proqramları, konfranslar və digər görüşlər üçün xüsusi fəaliyyətlər. Park Chalet Oteli qrup yığıncaqları üçün ideal bir məkandır. Korporativ qeyri-rəsmi yığıncaq, vilayət iclası və ya yeni il şənliyi planlaşdırırsınızsa, biz sizin istəklərinizə uyğun hər cür tədbirlərin hazırlanmasında yardım göstərə bilərik. Siz Şahdağ Dağlıq Kurortunda geniş çeşidli fəaliyyətlərdən, həmçinin yerli təbii, tarixi və mədəni turlarından birini seçə bilərsiniz.

Qiş fəaliyyətləri

  • Xizəklə və snoubordla sürüşmə
  • Qrup xizək dərsləri
  • Aeroxizəksürmə turları
  • Qar təmizləmə turları
  • Qarda tübinq və gəzinti

Yay fəaliyyətləri

  • Nordik gəzinti və görməli yerləri gəzmək
  • Dağda velosiped və skuter gəzintisi
  • Peyntbol yarışması
  • Açıq havada piknik

İl boyu fəaliyyətlər

  • Mini kvadrosikl gəzintiləri
  • Şişirildilmiş qalalar
  • Dağ gəzintiləri üçün iki təkərli avtomatik balanslı Segway elektrik nəqliyyat vasitəsi
  • Kanatla dağa dırmaşma
  • Bələdçi ilə birgə dağ gəzintiləri
  • Atla gəzinti

Qurmanlar üçün əyləncələr

  • Yemək müsabiqələri
  • Şərab dequstasiyası
  • Şokolad hazırlanma dərsləri
  • Chef’s tables – baş aşpaz tərəfindən hazırlanmış yemək

Kiçik qruplar və fərdlər üçün sağlamliq fəaliyyəti

  • Açıq havada idman
  • Buxar otaqları və cakuzi
  • Üzgüçülük yarışmaları
  • Açıq havada isidilmiş üzgüçülük hovuzu
  • SPA prosedurları
  • Əvvəlcədən xəbərdarlıq etməklə Siz digər fəaliyyətləri də sifariş edə bilərsiniz.