Lənkəran ta qədimdən özünün balneoloji, kükürdlü isti suyu, şəfaverici bulaqları və dəniz kənarında tərkibində çoxlu dəmir olan qara qumu ilə məhşurdur. İnsanlar bu yerlərdə təbiətlə təmasda olur, onun əsrarəngiz şəfaverici hikmətlərindən faydalanırlar. Lənkəranın Aşagı Nüvədi və Sütəmurdov kəndləri arasında dəniz kənarında yerləşən "Nəvedabad" deyilən, illərlə baxımsız qalmış qum və torpaq karyerinə çevirilmiş bir əraziyə 2005-ci ilin mart ayinin sonlarında kommunist dövrünün "Meşəci" qonaq evi ərazisindən, ilk cığır salındı. Dənizin, meşənin və dağın qovuşduğu "Palıdlı Sahil" istirahət mərkəzi belə yaradılmışdır. Kiçik bir ərazi icarəyə götürülmüş, ilk abadlıq işləri başlanılmışdı. Cınqıl yol döşəndi, yarganlar və qum gölməcələri səliqəyə salındı, nəhayət burada iki daş ev, doqquz kotec, bir restoran və bir neçə inzibati bina 2006-cı ilin may ayının 26-da istifadəyə verilmişdir.
2008-ci ilin iyun ayının sonunda 12 nömrəlik kiçik ekskluziv otel binası istifadəyə verildi, dəniz kənarında çimərlik inşa edildi. 2011-ci ilin iyun ayının ortalarında 6 mərtəbəli şəkərli diabet sanatoriyasının ilk 20 otağı istifadəyə verildi. Bu ərazi indi əkin sahəsilə birgə 8 hektar sahəni əhatə edir. Ötən müddət ərzində ərazidə 3000-ə yaxın dəmir agac, palıd, küknar və digər dekorativ bitkilər əkilib yetişdirildi. Böyük çilingi, çiçək-manqal təsərrüfatı yaradıldı. Ərazinin 4 hektar sahəsində ekoloji təmiz tərəvəz, bostan və digər bitkilər əkildi. Burada 2 hektar sahədə meyvə bağları salındı. 2010-ci ildən başlayaraq müəssisə özünün heyvandarlıq kompleksindən süd məhsulları ixrac edir. Balıq tutmaq istəyənlər üçün istirahət mərkəzinin həyətində süni göl və ada yaradılmışdır. Bu istirahət edənlərin zövqünə oxşayacaq . Ərazidə bir necə eksklüziv fontanlar fəaliyyət göstərir. Lənkəranın maraqlı insanlarının şarj heykəlləri dincələnlərin marağına səbəb olur.
Dənizin, meşənin və Talış dağlarının qovuşduğu "Palıdlı Sahil" istirahət mərkəzində artıq 5 ildir ki, şəkərli diabet xəstəliyi olan uşaqların sosial psixoloji adaptasiyası və müalicə kursları aparılır. Sanatoriyada 14 gün ərzində uşaqlı-böyüklü diabet xəstələrinin həyat tərzi, davranış qaydaları, müalicəsinin forma və metodları çap materiallarında və əyani şəkildə posientlərə çatdırılır. Təmiz hava, rəngarəng terenkurlar, fizioterapevtik prosedurlar, idman hərəkətləri sağlamlığın bərpasına yönəlmişdir. Dietik Lənkəran yeməkləri müəssisənin özünün heyvandarlıq fermasından və əkin sahələrindən ekoloji təmiz məhsullardan hazırlanaraq süfrəyə verilir. Müalicə və profilaktik tədbirlər Səhiyyə Nazirliyinin baş endokrinoloqunun diqqəti altında keçirilir. Sanatoriyaya putyovkanın (yollayış) dəyəri: dövlət qeydiyyatında olan və diabet ictimai birliklərinin göndərişləri əsasında gələnlərə 40% güzəştlə hesablanır. Bütün şəraiti olan 2 nəfərlik
P.S. Oteldə (1 nömrədə iki nəfər qalmağ şərti ilə), yemək və dioqnostika daxil olmaqla putyovkaların (yollayışların) bir günlük güzəştli qiyməti adambaşına orta hesabla 40AZN təşkil edir.
Sanator-kurort xidmətləri