“Online Shopping Center” 2011-ci ilin yanvar ayında Əzimov qardaşları tərəfindən yaradılmışdır. “Online Shopping Center” Azərbaycanda ilk olaraq bütün növ məhsulların satışını həyata keçirən online satış şirkətidir. Azərbaycanda ilk iri online satış şirkətlərindən biri olaraq, “Online Shopping Center” şirkəti indi də gülərüz kollektivi və ən yüksək keyfiyyətli məhsulların satışı ilə müştərilərnə xidmət göstərir. Bununla da şirkət Azərbaycanın online məkanında ən müvəffəqiyyətli online satış portalına çevrilməkdədir. Şirkət ilk dəfə kompyuter texnologiyalarının satışı ilə fəaliyyətə başlamışdır.
2012-ci ilin may ayından etibarən digər məhsullarında satışını sistemə tətbiq edərək, müştərilərini sevindirmişdir. Məqsədimiz! Məqsədimiz Azərbaycanda yaşayan şəxslərin bir nömrəli seçimi olan Online satış Şirkəti olmaqdır. Missiyamız! “Online Shopping Center” bazarın tələblərinə cavab verən və keyfiyyətin artırılması üzrə daim çalışan bir şirkət olacaq. Dəyərlərimiz! Qayğı - Biz müştərilərimizi dinləyərək onlara böyük diqqət ayıracağıq. Millilik - Biz Azərbaycanda bir nömrəli seçim olacağıq. Tərəqqi - Biz hər zaman ən son yeniliklərlə irəliləyəcəyik. Sadəlik - İstifadədə rahat olacağıq. Fayda - Biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik. Mədəniyyətimiz Yaratmağa çalışdığımız mədəniyyət qarşılıqlı hörmətə əsaslanır.
Bizim şirkətin məqsədlərinə nail olmaq üçün səylərini əsirgəməyən hər bir işçi hörmətə layiqdir. Siyasətimiz İstənilən şirkət kimi bizim də təməl prinsiplərimizi müəyyənləşdirən siyasətimiz və müxtəlif vəziyyətlərdə tətbiq olunan qaydalarımız var. Bütün bunlar bizim iş yolumuzda olan məhdudiyyətləri və maneələri daha aydın görməyə xidmət edir. İş üslubumuz Dinamik inkişaf edən şirkət olduğumuzu nəzərə alaraq, biz daim iş proseslərimizi müəyyənləşdirməyə və təkmilləşdirməyə çalışırıq. İşimizin təkmilləşdirilməsi və rəqiblərimizdən daim üstün olmaq üçün biz, imkan daxilində, dünyada tətbiq olunan qabaqcıl təcrübələrdən faydalanırıq.