2002-ci ildən fəaliyyət göstərən "Optic Gallery" mağazalar şəbəkəsi aparıcı avropa istehsalçılarının müxtəlif optik məhsullarını təqdim edir: optik və gün eynəkləri, müxtəlif çərçivə modelləri, optik və bəzək linzaları və onların müxtəlif aksessuarlar. "Optic Gallery" Azərbaycanda aşağıdakı şirkətlərin rəsmi distribütorudur:
“Optic Gallery” mağazaları şəbəkəsi keyfiyyət və cazibədarlığın ideal ahəgini, o cümlədən geniş seçim və əla xidmət təklif edir. 2002-ci ildən fəaliyyət göstərən “Optic Gallery” kontakt linzalar, optik və gündən qoruyucu eynəklər və onlara aksessuarlar üzrə aparıcı Avropa istehsalçıları ilə əməkdaşlıq edir, bir çox dünyada məşhur olan şirkətlərin rəsmi distribütorudur.Hal-hazırda Bakıda “Optic Gallery” nin dörd mağazası mövcuddur ki, bunların üçü maksimal sayda vətəndaşların rahatlığını nəzərə alaraq şəhərin müxtəlif nöqtələrində yerləşir, dördüncü isə, Şüvəlan qəsəbəsində “Şüvəlan Park” ticarət mərkəzində yerləşir.
Hər bir mağazada peşəkar həkim-oftalmoloqlar çalışırlar ki, onlar alıcının görmə diaqnostikasını müayinə edərək, onlar üçün eynək və ya linzalar seçirlər. Bu xidmət pulsuzdur. Hətta əgər mağazaya gələn müştəri hər hansı bir malı almaq fikrində deyilsə də, “Optic Gallery” mağazasında öz görmə qabiliyyətini yoxlatdıra bilər ( bu halda – müəyyən ödənişlə). Oftalmoloqlar müntəzəm olaraq xaricdə seminarlarda olurlar, bu da onların peşəkarlığına yüksək dərəcədə təsir edir.Öz növbəsində, satıcılar-konsultantlar da alıcıya kömək edərək, onu maraqlandıran bütün suallara cavab verir və bu geniş mallar arasında onlara öz seçimini etməyə kömək edirlər. Konsultantlar üçün həftəlik seminarlar keçirilir.
“Optic Gallery”nin məhsullarını geniş surətdə yaydığı şirkətlər sırasına, məsələn, Avropada kontakt linzaların aparıcı istehsalçısı olan “CİBA VİSİON”, həmçinin “Luxottica”, “Essilor”, “Marcolin Group”, gündən qoruyucu və oftalmoloji çərçivələr və aksessuarlar istehsal edən Avstriya şirkəti “Silhouettte” daxildir.“Optic Gallery”nin assortimentində demək olar, bütün ən məşhur və nüfuzlu brendlər yer tutur: “Versace”, “D&G”, “RAY-BAN”, “Bvlgari”, “Revo”, “Salvatore Ferragamo”, “Tiffany &Co” və s. səviyyə və dəbdəbənin simvolu olan 50-yə yaxın marka,
Kontakt linzalar istifadə edənlər bilir ki, vaxtaşırı onların müəyyən kiçik narahatçılıqları olur, bu cəhətdən, məsələn, AİR OPTİXTM Night & Day linzalarını ləyaqətinə görə qiymətləndirmək olar, belə ki, onları 30 gün ərzində çıxarmadan istifadə etmək olar; və yaxud əksinə birdəfəlik Focus DAILIES linzaları, heç bir qulluq tələb etməyən, hər səhər yeni və tamamilə təmiz linza taxırsınız.“Optic Gallery” müntəzəm olaraq müxtəlif güzəştli aksiyalar təşkil edir, bundan başqa, yalnız burada, Azərbaycanda ilk dəfə olaraq alıcılara bütün növ optik və gündən eynəklər üçün illik zəmanət verilir.“Optic Gallery” –nin elə öz adında kreativ, incəsənətlə bağlı nəsə bir şey hiss olunur. Həqiqətən də, “Optic Gallery” mağazalar şəbəkəsi əslində, tibbin incəsənət və yüksək dəblə birləşdiyi bir qalereyadır. Həyatı daha rahat və daha gözəl etmək üçün.