Azərbaycanda regional nümayəndəlik öz fəaliyyətini 2010-cu ilin sonundan başlamışdır. Nümayəndəlik ofisinin rəsmi açılışı 2012-ci ilin iyununda baş vermişdir."OPTEK" şırkəti – bu praktiki tibbdə, tədqiqat elmində, innovasiya sənayesində yüksək texnoloji sahələrində kompleks məsələlərin inteqratorudur.Carl Zeiss-ın məhsulu artıq uzun illərdir ki, Azərbaycan bazarında lider yerini tutmaqdadır.
Optec Holding B.V. şirkətinin xidmətləri
Bizim nümayəndəlik bir çox aparıcı İnstitutlar, Dövlər İdarələri və Azərbaycan Respublikasının özəl klinikaları ilə sıx əməkdaşlıq edir (Azərbaycan Respublikası Prezidenti yanında Elmə Dəstək Fondu, Azərbaycan Respublikası Elmlər Akademiyası, Radiasiya problemləri üzrə Elmi-Tədqiqat İnstitutu, Bakı Dövlət Universiteti, Neft-kimya proseslər İnstitutu, Zərifə Əliyeva adına Göz Xəstəliklər üzrə Elmi-Tədqiqat İnstitutu, Yüksək Texnologiyalar Mərkəzi, Azərbaycan Respublikası Diaqnostik Mərkəzi, Professor Kərimovun Beynəlxalq Göz Klinikası, "ONKO" klinikası, "AKA Group LLC", "Grand Motors" və s.)
"OPTEC HOLDİNG B.V."-nin rəsmi partnyorları aşağıdakı iri şirkətlərdir: Avadanlığın təchizatı üzrə Azərbaycan bazarında aparıcı mövqelərə malik olan "ARASH Medical Production", "VİTTA Medical Systems Scientific-Technical Company", Osteosintez-Bakı", "AZTECH".