Sənayenin və məişət həyatımızın bütün sahələrində avtomatlaşdırılmış idarəetmə və mühafizə sisteminin tətbiqi bu sahə ilə məşğul olan təşkilatın yaradılmasını zəruri etdi.Bu sferada Azərbaycanın ilk firması 1999-cu ildə yaradılan «Omeqa» şirkəti oldu.Nəzəriyyə və texnika sahəsində böyük təcrübəyə malik kadrların işlədiyi şirkətin əsas və başlıca məqsədi Sifarişlərin maraqlarının qorunması və yüksək səviyyəli xidmətlərin təşkilidir.Şirkətimiz qısa zaman kəsiyində Sifarişçilərin etibarını qazanmışdır. Şirkətin ikinci əsas məqsədi bu sahədə əsas istehsalçılarla işgüzar münasibətlərin qurulması idi və biz bu məqsədə nail olduq. Mühəndislərimizin xaricdə təhsil alması və təcrübə keçməsi məqsədilə biz geniş proqram tərtib etdik və həyata keçirdik.Hal-hazırda hər bir mühəndis xarici şirkətdən əldə olunan sertifikata malikdir.