Olive ADS reklam agentliyi xəritədə

Olive ADS reklam agentliyi

Bakı, Səbail rayonu, Nizami küçəsi, 1/3 AZ1001 *** 1 səs

Olive ADS reklam agentliyi haqqında

“OLIVEADS” şirkəti 2012-ci ildən çöl reklam bazarında fəaliyyət göstərir. “OLIVEADS” Reklam Agentliyi çöl reklam istehsalı ilə yanaşı dizayn, montaj sahəsində kompleks xidmətlər, həmçinin çöl reklamlarının quraşdırılması və müştəri ilə razılaşdırılması xidmətlərini göstərir.  Olive Ads agentliyi hər növ poliqafriya xidmətlərini təqdim edir. Bir reklam agentliyi olaraq biz sizə reklam hazırlanması, küçə reklamları və sairə ilə təmin edirik və keyfiyyətinə zəmanət veririk.

Çöl reklamı

Çöl reklamlarının yerləşdirilməsi yeni məhsul haqqında informativ sorğu yaratmaq, mövcud brendə sadiqliyi saxlamaq, xüsusi təkliflər və güzəştlər haqqında əvvəlcədən hədəf kütləsinə məlumat vermək üçün səmərəli üsuldur.

Reklam yerləşdirilməsi

  • Skroller
  • Monitorlar
  • Prizmalar
  • Bilbordlar
  • Meqabordlar

Dizayn

Reklamların dizaynının hazırlanması reklam məhsullarının bütün növlərinin hazırlanmasında ən vacib və ən çətin mərhələdir. Istər avtoqələm üzərindəki reklam yazısı olsun, istər plastik bağlama üzərindəki loqotip, istər yollar üzərində reklam, istərsə də evlərin divarına vurulan baner və ya şirkətlərin çoxmərtəbəli binaların damındakı loqotipi olsun – istənilən reklamın qəbulu uğurlu dizayndan asılıdır.Reklamın yalnız gözəl görünməsi öz özlüyündə məna kəsb etmir. Reklam gözəl görünməsi ilə yanaşı, həmçinin alıcıları, tərəfdaşları və ya müştəriləri də cəlb edirsə bu uğurlu reklam hesab olunur, və biz buna çalışırıq və buna müvəffəq oluruq!

Reklam dizaynın hazırlanması üzrə xidmətlər

Poliqrafiya reklamı - buklet və vərəqələriin,eləcə də KİV üçün reklam modullarının dizaynı.
İstənilən forma və ölçülü reklam bannerlərinin dizaynı.
Yol üzərində olan reklamların dizaynı.
Küçə reklam lövhələri üçün reklam dizaynı.
Sadə reklam lövhələrinin dizaynı.
İşıqlı reklam qutularının, iri həcmli hərflərin, dam qurğularının və digər mürəkkəb rekalm daşıyıcılarının dizaynının hazırlanması.

Çap

Qeyri poliqrafik format və materiallar üzərində tam rəngli çap prosesi kimi geniş miqyaslı çap təsvirləri mövcuddur.Lakin, bu təsvirlər tamamilə dəqiq deyil, çünki genişformatlı çap üçün materaillardan biri də poliqrafik materiallardan ən geniş yayımış olan kağızdır.Banner parçası PVC (polivinilxlorid – bu material həmçinin banner və ya vinil adlandırılır) çöl reklamları üçün tətbiq edilir. Çöl reklamlarında istifadə olunan ən məşhur məmulat olan 3x6 ölçülü şitlər üçün plakatlar (Bilbordlar) bu cür parçalar üzərinə çap edilir. Bu cür məmulatların istismar müddəti 1 ildən 3 ilə qədərdir.Vinil parçaları plastifikator əlavə olunmuş polimervinilxlorid kütləsindən hazırlanır. Bu kütlə poliestrdan tora çəkilir ki, bu da materialı lazımi möhkəmliklə təmin edir.

Çap üçün nəzərdə tutulan baner vinil parçaları çadır vinil parçalardan fərqləndirmək lazımdır. Genişformatlı çap üçün nəzərdə tutulan PVC xüsusi qatla örtülür ki, bu da rəngin daha yaxşı hopmasına və möhkəmlənməsinə imkan yaradır.Genişmiqyaslı çapda istifadə olunan daha bir material özüyapışan vinil plyonkadır.Hazırlanma üsuluna görə plyonkalar iki növə ayrılır: bükmə üsulu ilə hazırlanan və tökmə üsulu ilə hazırlanan plyonkalar.Bükmə üsulu ilə hazırlanan plyonkaların qiyməti ucuz olsa da tökmə üsulu ilə hazırlanan plyonkalar daha uzunömürlüdür. Həmçinin işıqkeçirən plyonkalar da istehsal olunur ki, bu növ plyonkalardan işıqlı qutular üçün istifadə olunur.

Montaj işləri

Müasir dövrdə çöl reklamı megapolisin ayrılmaz bir hissəsinə çevrilib. Şirkətimizin aplinistləri müxtəlif reklam daşıyıcılarının, yəni işıqlı reklam qutularının, banner parçalarının, asma bannerlərın və onların binaların üzərinde montaj işləri ilə məşğul olurlar. Bu reklam daşıyıcılarının demontaj işləri və sonrakı xidmətin göstərilməsi də mümkündür.Çöl reklamının quraşdırılması zamanı və bannerlərin asılmasında istifadə olunan avto-qüllədən heç də həmişə uğurlu istifadə etmək olmur. Amma bu bizim üçün əlçatmaz bir missiya deyil! Belə ki, şirkətimizin əməkdaşları avtoqüllənin montaj edə bilmədiyi bütün məkanlarda bannerləri asanlıqla quraşdıra bilirlər.

  • Kərpic və ya beton divarda Şnurlu banner (anker-bolt və ya dəliklər)
  • Ramalı banner
  • Şnurlu banner, banner sayding,

Şirkətimizin mütəxəssisləri bannerlərin montajının dəyərini və icra olunacaq müddəti daha dəqiqliklə müəyyən etmək üçün bannerlərin konstruksiyası və onların quraşdırılacağı məkan barədə daha dolğun məlumat əldə etməlidirlər.Bannerlərin demontaj qiyməti onların ilkin montaj qiymətinin 30-50-%-nı təşkil edir.Əgər ehtiyac olarsa quraşdırma zamanı avto qüllədən də istifadə olunur. Çöl reklam daşıyıcılarının alpinistlər tərəfindən quraşdırılması həm hazır divarda, həm də evlərin və binaların divarlarında həyata keçirilir.