Oksigen Klinik Xəstəxanası xəritədə

Oksigen Klinik Xəstəxanası

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 1959 AZ1000 *** 4 səs

Oksigen Klinik Xəstəxanası haqqında

1 yanvar 2009-cu il tarixində fəaliyyətə başlamış və 04.10.2012-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 026212 saylı lisenziyasını almış Oksigen Klinik Xəstəxanası,tibb elminin standartlarına cavab verən yeni texnologiyaların,peşəkar və dinamikpersonalın birləşdiyi böyük bir tibb ocağıdır.Oksigen klinik xəstəxanası 27fevral 2014-cü ildə, beynəlxalq standart olan İSO 9001:2008 müalicə və diaqnostika tibb xidmətləri sertifikatını almışdır.

Klinikanın fəaliyyəti

Klinikamız gənc olmasına baxmayraq,ölkəmiz və ölkəmizdən kənarda,tibb xidmətləri sektorunda özünə məxsus yer tutur.Son dövrün müştəri məmnuniyyətini müşahidə etdikdə Oksigen klinik xəstəxanasının bir brend kimiformalaşdığı və xüsusi korporativ imic qazandığını söyləməliyik.Klinikamız müştəri məmnuniyyətinə çox həssas yanaşdığı üçün qiymətlərimiz bütün sosial təbəqələrə əlverişlidir,həmçinin daima güzəştlər və himayədarlıq tədbirləri reallaşdırmaqdayıq. Klinikamız Bakı şəhərinin ən gözəl güşələrindənbiri olan N.Nərimanov metro stansiyasınınyaxınlığında N.Nərimanovadına istirahət parkı ilə üzbəüz yerləşir.7 mərtəbədən ibarət olan binamız şəhərsalmanın son prinsipləri nəzərə alınmaqla tikilmiş və şəhərimizə xüsusi gözəllikverən binalardan biridir.

Oksigen klinikasının xidmətləri

Hər mərtəbəgeniş holl və dəhlizə malikdir.Xüsusi dizayna malik diaqnostik otaqlar,həkim kabinaları,işıqlı,geniş olmaqla bütün standartlara uyğundur.Palatalar xəstələrin sağlamlığının qısa müddətdəbərpası üçün bütün imkanlara malik olmaqla göz oxşayır. Döşəmə və divarlar bütünlüklə tibb müəssələri üçün nəzərdə tutulmuş antibakterial materiallarla örtülmüşdür. Mərkəzləşdirilmiş qızdırıcı və sərinləşdirici qapalı havadəyişməsistemi qurulmuşdur.Əməliyyat və reanimasiya şöbəsindəki-hepofiltrlər sayəsində ideal aseptik şərait yaradılır. Klinikamız stasionar və poliklinika şöbələrindən ibarətdir.

Klinikanın strukturu

Klinikamız stasionar və poliklinika şöbələrindən ibarətdir.Birinci mərtəbədə -xəstələrin rahat qəbulu üçün geniş hol,resepşn,Bütün növ laborator analizlərin aparılması üçün lazım olan analizatotlara malik laboratoriya şöbəsi,analizlərin qəbulu,qan götürmə otağı,çamaşırxana,təcili yardım şöbəsi,litotripsiya,diaqnostik kabinalar—Kompyuter tomoqrafiya,maqnit rezonans tomoqrafiya,Rəqəmsal rentgen,USM yerləşir.Ikinci mərtəbədə - Ginekoloji,Uroloji,xüsusi rentgen aparatı və müasir avadanlıqla təchiz olunmuş stomatoloji kabina,Cərrah otağı ,peyvənd otağı,kolonoskopiya,qastroskopiya və terapevt otaqları yerləşir.Və hər bir otaq son texnoloji müayinə və müasir müalicə cihazları ilə təhciz olunmuşdur.

Üçüncü mərtəbədə- Bu mərtəbədə əsasən diaqnostik otaqlar,funksional- kardioloji,EKQ,rəngli dopleo –exokardioqrafiya,fiziki yük(tredmil sınağı),EKQ(holter) ürək fəaliyyətinin fasiləsiz monitirinqi,qan təzyiqi və nəbzin 24 saat ərzində fasiləsiz manitorinqi aparılan otaqlar yerləşir.“Oftalmologiya”gözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət, müasir cihazlarla təchiz olunmuş otoloriqoloji, kardioloji,Travmatoloji,endokrinoloji,damar cərrahiyyəsi otaqları yerləşir.Müasir müalicə apratları ilə təchiz əzələ,sümük oynaq xəstəlikləri müalicə edilir.Dördüncü mərtəbə- doğum şöbəsindən ibarətdir.Palatalar 1-2 nəfərlik olmaqla bütün nəzarət və intensiv müalicə qurğuları ilə təchiz edilmişdir. Hər bir palata duş kabinaları,sputnik televiziya,kondisioner,telefon,WI-FI, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlarla təmin edilib.