OK Academy xəritədə

OK Academy

Bakı, Əbilov küçəsi, Yasamal rayonu, 51 AZ1000 *** 1 səs

OK Academy haqqında

OK Academy iki istiqamətdə fəaliyyət göstərir: o Xarici dil tədrisi o Magistraturaya hazırlıq. Niyə xarici dil öyrənməliyəm? Müasir dövrdə müraciət etdiyimiz demək olar bütün iş sahələrində bizdən xarici dil tələb olunur. O cümlədən hər hansı bir mövzuda araşdırma apararkən internetdən və ya hansısa digər resursdan ana dilimizdə informasiya tapmaq çox çətindir. Tapdığımız məlumatlar isə çox vaxt bizim tələblərimizə cavab vermir.

Halbuki ən azından bir xarici dil bilməklə biz, ixtisasımızdan asılı olmayaraq istənilən sahədə lazımi məlumatlar ala, o cümlədən internetdə yerləşdirilmiş bir çox ödənişli və ödənişsiz xidmətdən istifadə edərək bizə lazımlı informasiyaları toplaya, kurslara qatıla, hətta xarici universitetlərin distant təhsil metodları ilə həmin təhsil müəssisələrinin diplomlarını belə ala bilərik.

OK Academy Magistraturaya hazırlıq

O cümlədən məqsədiniz xaricdə təhsil almaqdırsa, o zaman sizin xarici dil bilməniz artıq şərtdir, IELTS, TOEFL və s. bu tipli ertifikatlarınız olmadan nüfuzlu universitetlərdə təhsil almaq demək olar mümkün deyil. Nə üçün magistraturaya hazırlaşmalıyam? Təhsil aldığımız ixtisası daha dərindən öyrənmək, hətta daha sonra elmi fəaliyyətlə məşğul olmaq,universitetlərdə mühazirələr vermək fikriniz varsa, o zaman sizin magistr təhsili almanız lazımdır.

Bəzən hər hansısa bir işə qəbul olmaq və ya həmin işdə daha yuxarı vəzifə tutmaq üçün də bizdən magistratura təhsili tələb olunur. O cümlədən bəzi tələbələr öz bakalavr ixtisaslarını sevmirlər və bu zaman MBA təhsili onların köməyinə çatır, onlar gec də olsa sevdikləri sahəni seçərək təhsil alırlar. Bunun üçünsə magistraturaya qəbul olmaq şərtdir.

Niyə OK Academy? Üstünlüklərimiz:

  • Təcrübəli müəllim kollektivi
  • Müasir metodika
  • Tam təchizatlı otaqlar
  • Pulsuz konsultasiyalar
  • Elastik dərs vaxtları
  • Daimi dəstək
  • Həftəsonları danışıq klublar, kino günləri və s.

Dərslər təkcə kitablarla məhdudlaşmır. Sizin ən qısa vaxtda ən yüksək nəticəni əldə etməniz üçün uyğun proqram hazırlanır, o proqrama uyğun olaraq həm danışıq,həm dinləmə, həm oxuma həm də yazı qabiliyyətiniz eyni vaxtda inkişaf edir. Hər tələbəyə fərdi yanaşılır. Tələbənin çalışqanlığından asılı olaraq dərs proqramı vaxtından tez bitə bilər və tələbə həm vaxtına həm də puluna qənaət etmiş olar. O cümlədən müvafiq səviyyəni bitirmiş tələbə test imtahanına cəlb olunur. Müvafiq imtahanı uğurla keçmiş tələbəyə bununla bağlı sertifikat verilir. Təklif etdiyimiz təlimlər: İngilis dili Rus dili Alman dili Fransız dili Ərəb dili Pre-IELTS IELTS İnformatika (Magistratura) Məntiq