Ober Lux Hotel & Resort xəritədə

Ober Lux Hotel & Resort

Nabran, Xaçmaz AZ1000 *** 1 səs

Ober Lux Hotel & Resort haqqında

Xəzər dənizinin sahilində, Azərbaycanın gözəl guşələrindən biri olan Nabranda yerləşən Ober Lux İstirahət və Əyləncə Mərkəzi 220 nəfər qonaq tutumuna malikdir. Burada qonaqlar üçün rahat və gözəl otaqlar, eleqant restoranlar, böyüklər və uşaqlar üçün açıq üzgüçülük hovuzları və Aqua Parklar, istirahəti daha da şən edəcək qapalı və açıq diskotekalar, bowlinq zalı, fitness mərkəzi və başqa əyləncə mərkəzləri fəaliyyət göstərir. İstirahət mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. 2005 və 2011ci illərdə otel yenilənərək sizlərin xidmətinə verilmişdir. Şəhərdə yaşadığınız stresli iş günündən sonra Ober-Lux bu yorğunluğunuzu atmaq üçün ən ideal yerdir. Bakıdan 180 km aralıda yerləşən bu gözəl məkanda Siz Ober Luxda səliqə, rahatlıq və əsl istirahəti hiss edəcəksiniz.

Ober Lux İstirahət və Əyləncə Mərkəzinin xidmətləri

  • Xüsusi müştərilərimiz üçün Hava Limanından və Bakı şəhərindən qarşılama və otelimizdən yola salmaq üçün nəqliyyat xidməti;
  • Peşəkar 24 saat fasiləsiz xidmət;
  • Bankomat və valyuta dəyişdirilməsi;
  • Tibbi yardım;
  • Çamaşırxana;
  • Sürətli internet xətti;
  • 150 nəfərlik toplantı salonu;
  • Örtülü maşın dayanacağı;
  • Ətraf rayonlara və tarixi yerlərə ekskursiyalar