NR Translation Services xəritədə

NR Translation Services

Bakı, Səbail rayonu, Rəsul Rza küçəsi, 25/15 AZ1000 *** 1 səs

NR Translation Services haqqında

"NR Translation Services" 20-dən artıq xarici dilə peşəkar səviyyədə mətnlərin tərcüməsi xidməti göstərir. Tərcüməçilərimizin yüksək bacarıq və təcrübəsi bizə nöqsansız tərcümə xidmətləri göstərməyə imkan verir. Şirkətimiz dar ixtisaslı mövzular daxil olmaqla müxtəlif mövzulu mətnlərin tərcüməsi üzrə zəngin təcrübəyə malikdir. Sifarişçinin istəyi ilə biz ilkin formata riayət etməklə orijinal sənədə tam oxşar olaraq cədvəlləri, şəkilləri, düsturları və s. saxlayır və tərcüməni peşəkar səviyyədə yerinə yetiririk. Müasir texnikanın, avadanlığın və yüksək ixtisaslı mütəxəssislərin olması bizə audio və video materialların, veb-saytların tərcüməsini həyata keçirmək imkanı verir. Biz aşağıdakıları təklif edirik: Yazılı tərcümə -İstənilən çətinlik səviyyəsində olan texniki sənədlərin tərcüməsi ; -Bədii ədəbiyyatın, kitabların, broşuraların tərcüməsi ; - Tibbi, biznes,huquqi senedlerin tercumesi. Şifahi tərcümə -Danışıqların, işgüzar görüşlərin, təqdimatların, seminarların, sərgilərin ardıcıl tərcüməsi; -Sinxron tərcümə (istəyə uyğun olaraq xüsusi aparatlarla təchiz etmək mümkündür) . Veb saytların tərcüməsi -saytın tərcüməsi; -saytın təzələnməsi, xəbər və məlumatların tərcüməsi. Bizim iş prinsiplərimiz: Müştərilərin etibarı İstənilən şirkətin müvəffəqiyyətinin rəhni müştərilərin ona göstərdiyi etibardır. Biz müştərilərimizi yüksək qiymətləndiririk. Bizim şüarımız: nöqsansız servis – keyfiyyətli nəticə - operativlikdir. Məxfilik Biz münasibətlərimizin və bizə təqdim olunan məlumatların məxfiliyinə zəmanət veririk. Biz Sizin kommersiya sirrinizi qoruyub saxlayırıq. Sifariş və ödənişin rahat üsulları *Sifarişləri elektron poçtla göndərmək və almaq mümkündür; *Ödənişləri nağd və köçürmə yolu ilə qəbul edirik ; *Biz istənilən məlumat daşıyıcıları ilə işləyirik. Münasib qiymətlər Uzunmüddətli müqavilələr imzalayan zaman şirkətlərə tərcümələrin həcmi, mürəkkəbliyi və təcililiyi nəzərə alınmaqla nəzərəçarpacaq güzəştlər edilir.