NCC Education xəritədə

NCC Education

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 77 AZ1022 *** 3 səs

NCC Education haqqında

NCC Education Birləşmiş Krallığın ixtisaslaşma üzrə aparıcı institutlarındandır və Böyük Britaniya Sertifikatlaşdırma və Attestasiya üzrə Dövlət Agentliyi tərəfindən rəsmən tanınır. NCC Education təhsil proqramları dünyanın 100-dən artıq ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. İnstitutun əsas fəaliyyət istiqaməti Böyük Britaniyada yaşamaq imkanı olmayan şəxslər üçün keyfiyyətli təhsili əlçatan etməkdir. NCC Education dünyanın 40 ölkəsində 200 artıq nüfuzlu mərkəzlərdə tədris olunur .

The International Foundation Year proqramı

“The International Foundation Year” Böyük Briyaniya, ABŞ, Kanada, Avstraliya, Avropa və dünyanın digər ölkələrində bakalavr təhsili almaq üçün bir illik universitet öncəsi hazırlıq proqramıdır. Bu proqram sizə ingilis dilli ölkələrin universitetlərinə orta təhil bazası ilə qəbul üçün imkan yaradır. Foundation proqramı sizin ümumi və akademik ingilis dili bacarıqlarınızı və sizi İnformasiya Texnologiyaları, Biznes sahələrindən ingilis dilli ölkədə təhsilə hazırlamaq məqsədini daşıyır. Təqdim etdiyimiz Foundation proqramı Biznes, Marketinq, Mühasibatlıq, Maliyyə, İqtisadiyyat, Hüquq, İnformasiya Texnologiyaları, Kompüterləşdirmə, Neft və Qaz, Texniki və digər aidiyyatı dərəcələri əldə etmək üçün uyğundur.

Proqramın üstünlükləri

  • Azərbaycanı tərk etmədən Böyük Britaniya Foundation proqramında təhsil almaq
  • Çoxsaylı xərclərin böyük hissəsinə qənayət etmək
  • Viza və deposit kimi risklərdən azad olmaq
  • Dünyanın ən nüfuzlu universitetlərində birbaşa bakalvr təhsilinin birinci ilinə başlamaq
  • Dünyada tanınan beynəlxalq Foundation diplomuna sahib olmaq
  • Xaricdə təhsil proqramlarına hazırlıqlı olmağınızı təmin edəcək tədris planından yararlanamaq