NLT Telekom Məhdud Məsuliyyətli Cəmiyyəti, 1998 ildə Bakı şəhərində təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti mobil telefonların, aksesuarların, fotokameraların, rəqəmsal texnikanın, kompüter və kompüter aksesuarlarının satışı, mobil operator şəbəkəsinə qoşulma və müştərilərə məlumat xidməti göstərməkdir.
1998 ildən bu günədək NLT Telekom, Azərbaycanın ən iri mobil operatoru olan Azercell Telekomla əməkdaşlıq edir. Öz fəaliyyəti müddətində 2001 ildə NLT Telekom, Azercell Telekom tərəfindən Qızıl diler mükafatına layiq görülmüşdür. 2003 ildə şirkət Azercell Telekomun distribyutor kateqoriyasını almış və mobil operatorun ən yaxşı üçlüyünə daxil olub.NLT Telekom mağazalar şəbəkəsinə öz fəaliyyəti dövründə Samsung, Nokia, LG, Sony, HP, Asus, Dell, Acer və s., şirkətlər tərəfindən dəfələrlə mükafatlandırılıb və rəsmi satış partnyorluq statusu verilib.Ölkəmizdə yalniz lisenzilyalı program təminatlarının tövsiyəsi və tətbiqi nəticəsində bir sıra beynəlxalq standartlara layıq görülmüş və dərəcə sertifikatları ilə təltif edilmışdir:
“NLT” Şirkəti öz dinamik inkişafının nəticəsində 2009-cu ildən yeni istiqamətləri seçərək: "Armani Junior ", "Miss Blumarine", "Versace Junior" kimi dünya uşaq geyimləri brendlərini eksklyuziv olaraq təmsil etməyə başlamışdır.Paralel olaraq “NLT” şirkəti "BATA" brendinin 3 (üç) yeni mağazası ilə məhşur ayaqqabı və dəri məhsullarının ekskluziv satışını həyata keçirməyə başladı.2012-ci ildə şirkətin tarixində daha bir yeni istiqamət: İtaliya məhşur zinət əşyalarının tanınmış brendləri ilə saziş imzalanır.Bundan başqa Bakı şəhərində "CHIMENTO" butiki və regionda tək olan uşaq zinət əşyaları mağazası - "KIDS JEWELS" fəaliyyətə başlayır.