Newcond xəritədə

Newcond

Bakı, Səbail rayonu, Nizami küçəsi, 121 AZ1010 *** 0 səs

Newcond haqqında

"NEWCOND" şirkəti 1995 – ci ildən Bakısa kiçik mağazalar vasitəsi ilə öz fəaliyyətini idarə edir. Mağaza vasitəsilə fəaliyyətin əvvəlində National və Aftron firmalarının kondisionerlərinin satışı həyata keçirilirdi. Həmin vaxtlarda Azərbaycanda split – kondisionerlərin satışı ilə yalnız bir neçə müvafiq şirkət məşğul olurdu. İstehlakçıların yüksək keyfiyyətli müxtəlif növ split – kondisionerlərinə olan tələbatı hər il artırdı. Bu səbəbdən "NEWCOND" bu günə kimi istehlakçılar tərəfindən istifadə olunan, Mitsubishi Electric yanpon markasına malik sistemləri kondisionerlərinə əlavə etməklə, satılan kondisionerlərin çeşidini genişləndirdi. Şirkət Mitsubishi Electric split – kondisionerlərinin keyfiyyəti, eyni zamanda yüksək zəmanət səviyyəsi və servis xidmətləri sayəsində müştərilərinin etibarını qazandı. Ventilyasiya və isidici sistemlərə, sənaye kondisionerlərinə qarşı tələbatın artdığına görə, "NEWCOND" Bakıda salonu xatırladan yeni mağazasını açdı. Bu gün şirkətin bəzi mağazalarının yüksək ixtisaslı və təcrübəli işçi heyəti hər bir ziyarətçisinə fərdi diqqət yetirməklə professional və keyfiyyətli xidmət göstərir. Artıq bir neçə ildir ki, onlar məişət və yarım sənaye kondisionerlərinə, ventilyasiya sistemlərinə, VRF sistemlərinə xidmət göstərir. Hazırda, ventilyasiya, isitmə və kondisioner "NEWCOND" – un əsas fəaliyyət istiqamətləridir. Şirkətin əməkdaşlıq etdiyi partnyorlar arasında, dünyaca məşhur olan brendləri göstərmək lazımdır: "Mitsubishi Electric", "Fujitsu General Ltd.", "Mitsubishi Heavy Industries", "SHARP", "Gruppo Ragaini S.p.A", "Riello S.p.A", "Grundfos", "Viessmann". Bundan başqa, şirkət məşhur “Mitsubishi Electric Europe B.V.” şirkətinin rəsmi distribyutorudur.