NTD Travel xəritədə

NTD Travel

Bakı, Nəsimi rayonu, Həsənbəy Zərdabi prospekti, 87 AZ1122 *** 2 səs

NTD Travel haqqında

“NTD Travel” şirkəti 2008-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış “NTD Travel” hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir.Hər il “NTD Travel” çoxlu sayda turistin xaricə səfərini təşkil edir və, təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, siğorta da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür.

New Travel Destination Travel Agency

Onlayn sistemlərdən istifadə edən “NTD Travel” mənimsədiyi onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə və s. edə bilərlər. Həmçinin qeyd etmək lazımdır ki, bu xidmətlərin siyahısı durmadan artmaqdadır.Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan “NTD Travel” şirkəti bütün bunları təqdim etməyə hazırdır.