New Media haqqında
“New Media” şirkəti 2009-cu ildən etibarən fəaliyyətdə olan ilk ixtisaslaşdırılmış media satış evidir. İlk olaraq Mail.ru saytının reklam hüquqlarını satın alan şirkət, fəaliyyətinə internet reklamçılıqla başlasa da, hazırda bir çox sahələri əhatə edən xidmətləri ilə reklam operatorluğunun lideridir. Şirkət aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:
2009-cu ildən – internet mediada;
2013-cü ildən – “Nərgiz” AVM-dəki LED monitorda;
2014-cü ildən – 7 restorandan ibarət McDonald’s şəbəkəsində
Biz sizə tez və şəffaf şəkildə professional xidmət təklif edirik.
Çünki şirkətimiz Azərbaycan internet məkanında, eləcə də, müxtəlif LED monitorda, bir çox laytbokslarda eksklüziv reklam hüquqlarına malikdir. Əməkdaşlarımızın çevikliyi, təcrübəsi sayəsində internet və “outdoor” reklamçılığı sahəsində sizə universal təklif paketləri təqdim olunur.
Siz ilk əməkdaşlıqdan sonra bir daha “New Media” ilə işləmək istəyəcəksiniz. Sizə göstərəcəyimiz xidmətin peşəkarlığı və yüksək səviyyəsi buna zəmanət verir.
İnternet potensial alıcılar üçün faktiki olaraq qeyri-məhdud məlumat verərək daha çox mal satmaq imkanlarını genişləndirir. İnternetin köməyi ilə ən qabaqcıl şirkətlər bazara öz məhsul və xidmətlərini təklif edir. Günümüzdə demək olar ki, hər fəaliyyət növü az çox onlayn işıqlandırılır: daha çox reklam meydanlar, istifadəçiyə lazım olan məlumatı tapa biləcəyi tematik portallar və digər resurslar yaranır. Biz sizə internet üzərinə tam xidmət paketi -Mail.ru `nun ana səhifəsində reklam yerləşdirilməsini təqdim edirik. Vaxt itirməyin, layihənizin onlayn şəbəkədə reklamını sifariş edin.
Internet reklam satışı evi olaraq Azərbaycanda ən geniş imkanları olan şirkətimiz ən böyük portalların reklam huqüquna malik olmaqla, sizə professional xidmət təklif edir. “New Media” şirkəti vasitəsi ilə Siz iyirmidən artıq internet məkanında reklam yerləşdirə bilərsiniz.
Azərbaycandakı McDonald`s fast food şəbəkəsinin reklam hüquqları da “New Media” şirkətinə məxsusdur. Eyni anda yeddi filialda (sinxron) reklam vermək kimi imkanlar sizin üçün ən uyğun reklam təklifl ərindən biridir. Belə xidmət Azərbaycanda yalnız “New Media” şirkətinə məxsudur.
Bakının ən gediş-gəlişli yerlərindəki LED monitorlarımızda siz reklam yerləşdirməklə həm öz biznesinizi inkişaf etdirə, həm də, müştərilərinizə birbaşa çıxış əldə edə bilərsiniz. Ən geniş reklam imkanlarına malik bu monitorlar həftənin yeddi günü, günün iyirmi dörd saatı fəaliyyət göstərir.
Ən son standartlara cavab verən Heydər Əliyev adına hava limanının yeni terminalında quraşdırılmış müxtəlif ölçülü laytboksların reklam hüququ da şirkətimizə məxsusdur. Bu laytbokslarda reklam verməklə siz öz reklamınızı beynəlmiləlləşdirə bilərsiniz.