Nestle Azərbaycan haqqında
«Nestle» — qida məhsulları və içkilərin istehsalı üzrə dünyanın ən iri şirkəti, sağlam qida və sağlam həyat tərzi sahəsində ekspert. «Nestle»nin kredosu — istehlakçılara yalnız keyfiyyətli məhsullar təqdim etməklə həyatı daha da yaxşı etməkdir.
«Nestle»nin tarixi 1866-cı ildən başlayır. Məhz həmin ildə Henri Nestle uşaq ölümünə son qoymağa qərar verib, körpələr üçün dünyanın ilk süd qarışığı Farine Lactee ixtira etmiş və onun istehsalına başlamışdır. O vaxtdan «Nestle»nin məhsul çeşidi mütəmadi olaraq genişlənir və hal-hazırda beş kontinentdən olan istehlakçılar arasında tanınmış 8000-dən artıq qida məhsulları ticarət markalarını ehtiva edir. Qida məhsullarının istehsalçıları arasında «Nestle» elmi araşdırmalara və texniki ixtiralara ən iri investisiyaların qoyuluşu ilə seçilir.
2009-cu ildə bu məqsədlərlə 2 milliard isveçrə frankı xərclənmişdir. Bütün dünya üzrə 23 araşdırma mərkəzlərində və 280 qrupda və həmçinin Lozannada yerləşən «Nestle» elmi-araşdırma mərkəzində 5000-ə yaxın insan çalışır, və onlar qida məhsulları, onların xüsusiyyətləri və qidanın orqanizmə təsiri sahəsində araşdırmaların aparılması ilə məşğuldur. Aparılan araşdırmaların nəticələri məhsulların keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bu, «Nestle»nin təkcə yaxşı dad keyfiyyətləri ilə deyil, həm də sağlamlıq üçün faydalı məhsullar istehsal etməyə can atmasını göstərir. «Nestle»nin əsas fəaliyyət istiqaməti qida məhsullarının istehsalı ilə bağlıdır. Bundan başqa, «Nestle» şirkəti kosmetika-parfümeriya və farmasevtik sənaye müəssisələrinin aksiyalarına malikdir.
Bugün «Nestle» qida məhsulları üzrə dünyanın ən iri istehsalçısıdır. «Nestle» qrupunda 280 000 insan çalışır, ona dünyanın 84 ölkəsində 456 fabrik və sənaye müəssisələri məxsusdur.
2009-cu ildə «Nestle» korporasiyasının ümumi satış həcmi 108 milliard isveçrə frankı təşkil etmişdir. 2009-cu ildə şirkətin təmiz gəliri 15,7 milliard isveçrə frankı təşkil etmişdir.