Neftçi İdman Klubu İctimai Birliyi xəritədə

Neftçi İdman Klubu İctimai Birliyi

Bakı, Qaraçuxur qəsəbəsi, Suraxanı rayonu, Əhməd Mehbalıyev küçəsi, 10 AZ1048 *** 1 səs

Neftçi İdman Klubu İctimai Birliyi haqqında

Hal-hazırda "Neftçi İdman Klubu”nun strukturunda 12 idman qurğusu və 3 istirahət mərkəzi fəaliyyət göstərir. Bu qurğularda idmanın 36 növü üzrə 169 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər. İstirahət mərkəzlərində isə neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti yüksək səviyyədə təşkil olunur və onlara müasir standartlara cavab verən səviyyədə xidmətlər göstərilir.

Neftçi İdman Klubu

Klubda son dövrlər işləri daha düzgün və müasir formada qurmaq məqsədilə istər idarəetmə aparatında, istərsə də idman növləri üzrə müxtəlif sektorlar yaradılıb. Bu da qazanılan nailiyyətlərin artmasında öz sözünü deməkdədir. Belə ki, klubun əldə etdiyi uğurlar gündən-günə artır. Təkcə 2014-cü il ərzində idmançılarımız 1785 medal qazanıblar ki, onlardan da 670-i qızıl, 515-i gümüş, 600-ü isə bürüncdür.Qazandığı yüksək nailiyyətlər sayəsində klub Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bu göstəricilər "Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.