Neftçala Rayon Məhkəməsi xəritədə

Neftçala Rayon Məhkəməsi

Heydər Əliyev prospekti, Neftçala, 35 AZ4700 *** 1 səs

Neftçala Rayon Məhkəməsi haqqında

Neftçala Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Neftçala rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Neftçala Rayon Məhkəməsi 1974-cü il aprel ayının 20-də yaranmışdır.Əvvəllər Neftçala Rayon Xalq Məhkəməsi adı ilə fəaliyyət göstərmişdir. 2000-ci ilin sentyabr ayından Neftçala Rayon Məhkəməsi adı ilə fəaliyyət göstərir. Neftçala Rayon Məhkəməsinin fəaliyyət göstərdiyi Neftçala rayonu 1973-cü ildə yaradılmışdır. Hazırda əhalisinin ümumi sayı 80.3 min nəfər, rayonda yaşayan qaçqın ailələrinin sayı 5, üzvlərinin sayı 23 nəfərdən ibarətdir. Rayonda yaşayan məcburi köçkünlər 78 ailədən ibarət olmaqla 285 nəfərdir. Neftçala rayonu Salyan, Biləsuvar, Cəlilabad və Masallı rayonları ilə həmsərhəddir.