Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi xəritədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi

Bakı, Nəsimi rayonu, Əlimərdanbəy Topçubaşov küçəsi, 74 AZ1000 *** 1 səs

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (Az.TM) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamıyla yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mərkəzin fəaliyyət istiqamətləri

1. Tərcümənin keyfiyyətinə nəzarət şöbəsi – ölkədaxili və beynəlxalq müstəvidə dövriyyədə olan rəsmi sənədlərin, mətn və materialların dil və tərcümə baxımından keyfiyyətinə nəzarət işini həyata keçirir. Mərkəzə təqdim olunan hazır tərcümə materiallarına ekspert rəyi verir, yaxud dövlət sifarişləri əsasında tərcüməni təmin edir.

2. Elm, təhsil və mədəniyyət şöbəsi – elm, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələr üzrə tərcümənin mərkəzləşmiş qaydada təşkili, tənzimlənməsi işini, Azərbaycan ədəbi dilinin müvafiq normalara uyğun şəkildə işlənməsinə nəzarəti həyata keçirir. Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması tədbirlərini, habelə dünya ədəbiyyatının, mədəniyyət və elm nümunələrinin Azərbaycan dilinə tərcüməsi vasitəsi ilə ölkədə təbliği proseslərini təşkil edir. Tərcümənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi, beynəlxalq standartlara və normalara uyğun şəkildə təşkili mexanizmlərini qurur. Tərcümə sahəsinin təşkili üzrə nəzərdə tutulan digər işləri, o cümlədən tərcümə peşəsinin səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirləri həyata keçirir. Mərkəzin kitab və mətbu nəşrlərinin tərcümə və nəşr prosesinə nəzarət edir.

3. Beynəlxalq əlaqələr şöbəsi – Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünyada təbliği mexanizmlərini qurur. Dünyanın aparıcı dil mütəxəssisləri, nəşriyyatları, mədəniyyət mərkəzləri, digər əlaqədar beynəlxalq qurumları ilə əlaqələr yaradır. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tərcümə peşəkarlığına, tərcümənin nəzəriyyəsinə və mədəniyyətinə dair beynəlxalq səviyyəli konfranslar, forumlar, elmi-nəzəri simpoziumlar və s. təşkil edir. Dünyanın aparıcı yazıçılarının, dil və tərcümə mütəxəssislərinin ölkəyə işgüzar səfərlərini, habelə respublikada fəaliyyət göstərən tərcümə mütəxəssislərinin xaricdə ixtisasartırma kurslarında təhsilini təşkil edir.

4. Nəşriyyat şöbəsi – dünyanın aparıcı nəşriyyatları ilə əlaqələr yaradır, Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrini təmin edir. Mərkəzin kitab və mətbu nəşrlərinin, həmçinin xarici ölkələrdə nəşr olunacaq Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin nümunələrini çapa hazırlayır. "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın Yol" ədəbi-ictimai qəzetinin əlavə nəşrlərinin çapını təşkil edir.

5. Elmi-Bədii Şura – ictimai əsaslarla fəaliyyət göstərir.Elm, təhsil, ədəbiyyat, mədəniyyət sahəsi üzrə dünya müstəvisinə çıxarılacaq ədəbiyyatların seçimini müəyyənləşdirir, Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulan ədəbi, elmi əsərlərin, dil və tədris vəsaitlərinin müzakirəsini təşkil edir. Mərkəzin elm, təhsil, ədəbiyyat üzrə tərcüməsi və nəşri nəzərdə tutulan əsərlərin rüblük, illik tematik planlarını təsdiq edir.

6. Ekspert Şurası – ictimai əsaslarla fəaliyyət göstərir.Dil və tərcümənin keyfiyyətinin təyini üzrə Mərkəzə təqdim olunan mətn və materialların, tərcümənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirməsi işini həyata keçirir.

7. “Xəzər” dünya ədəbiyyatı jurnalı – müasir dünya ədəbi proseslərini mütəmadi şəkildə işıqlandırır. Dünyanın aparıcı ədəbi simalarının əsərlərinin, həyat və yaradıcılıqlarına dair məlumatların tərcüməsini və nəşrini həyata keçirir. Bədii tərcümənin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür, bədii tərcümə sahəsi üzrə gənc kadrların yetişməsinə imkan verən rubrikalar yaradır, bədii tərcümənin özəlliyinə, texnikasına, nəzəriyyəsinə dair mətn və materiallara yer ayırır.

8. "Aydın Yol" qəzeti həftəlik ədəbi-ictimai qəzet.Azərbaycan və dünya ədəbiyyatının nümunələrini, tanınmış ədəbi simaların həyat və yaradıcılığını işıqlandırır. Azərbaycan dilinin norma və qaydalara uyğun şəkildə işlədilməsinə nəzarət edir, dil və tərcümə mədəniyyətinin nəzəri sahəsinə dair materiallara, ədəbi, elmi, publisistik əsərlərə səhifələrində yer ayırır. Ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, habelə dil və tərcümənin işləndiyi digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətini təhlil edir, efir, dublyaj, reklam, küçə lövhələri və digər bu kimi ictimai-kütləvi sahələrdə baş verən dil və tərcümə pozuntularını aşkara çıxarıb bu səpkili materialları dərc edir.

9. Ümumi şöbə   10. Mühasibat   11. Təsərrüfat şöbəsi