Natural Green Land xəritədə

Natural Green Land

Biləsuvar-İmişli yolu, Biləsuvar, 45 AZ1300 *** 0 səs

Natural Green Land haqqında

Natural Green land 2006-cı ildən fəaliyyətə başlamışdır. Bu müəssisə müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi ilə məşğul olur. Müəssisə tərəfindən Biləsuvar rayonunda 3400 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir kənd təsərrüfatı avadanlıqları ilə yanaşı, dünya liderləri "Valmont İnternasional" şirkətinin suvarma sistemi, kənd təsərrüfatı texnikaları üzrə "John Deer" şirkətinin traktor və aqrotexniki avadanlıqları ilə təchiz olunmuşdur. Soya, pomidor, arpa, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patison və digər tərəvəzlərin əkini həyata keçirilir. Ərazidə yüzlərlə hektar nar və heyva bağları salınmışdır.