Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdi, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti, Afiq Süleymanov isə komitənin baş katibi vəzifələrinə seçilmişlər.
İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulamışdır.2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində umummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə ümummilli liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni , beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan verdi.
2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətlərini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.
27 sentyabr 2014 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. ARMPK - nin İcraiyyə Komitəsinin Qərarı ilə Uşaq Paralimpiya Komitəsinin 13 nəfərdən ibarət idarə heyyəti təsdiq edilmiş, ARMPK - nin birinci vitse prezidenti Natiq Qasimov İdarə heyyətinin sədri, ARMPK - nin şöbə müdiri Kamal Məmmədov isə İdarə heyyətinin sədr müavini - İcraçı direktor vəzifəsinə seçilmişlər.Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatarı və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.
UNICEF - in Azərbaycan nümayəndəliyi və BP - nin Azərbaycan - Gürcüstan - Türkiyə regionu üzrə şirkəti ilə əməkdaşlıq haqqında Saziş imzalanmışdır.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Sərhədçi" Olimpiya İdman Kompleksi və digər əlaqədar təşkilatlar ölkəmizdə Paralimpiya hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsinə xüsusi töhvə vermişlər. Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər.