Milli Gimnastika Arenası xəritədə

Milli Gimnastika Arenası

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 108 AZ1000 *** 1 səs

Milli Gimnastika Arenası haqqında

9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər.

MGA - Bakıda bədii və idman gimnastikasi üzrə yarışlar üçün Arena

Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur. Arenada istirahət otaqları, yeməkxana ilə yanaşı əsas yarışların keçirilməsi üçün nəzərdə tutulan 2 mərtəbə və hər qanadda sponsorlar üçün xidmət göstərən VIP kafeteriyalar vardır.Beynəlxalq yarışlara ev sahibliyi edən MGA media və sponsorlar üçün beynəlxalq tələblərə uyğun gələn hər bir şərait yaratmışdır. Burada həmçinin müsahibə otaqları, media kontrolu, sponsor və media üçün otaqlar vardır.