Gənclər Təşkilatları Milli Şurası xəritədə

Gənclər Təşkilatları Milli Şurası

Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 15H AZ1014 *** 2 səs

Gənclər Təşkilatları Milli Şurası haqqında

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycanın aparıcı Gənclər təsisatıdır. Azərbaycan gənclərinin yeganə konfederativ sturukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 112 gənclər təşkilatını birləşdirir.ARGTMŞ 21 Noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Formunun həmçinin, Türk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür.2000-ci ildən Milli Şura Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olub. 2000-2003-cü illərdə ARGTMŞ AGF-da Məşvərət Şurasının üzvü olmuşdur. ARGTMŞ uzun müddətdən sonra 2014-2015-ci ildə yenidən Məşvərət Şurasına üzv seçilərək fəaliyyətə başlayıb.

Gənclər Təşkilatları Milli Şurasının məqsədi

ARGTMŞ öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.

Milli Şura qarşısında qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün aşağıdakı fəaliyyət formalarından istifadə edir.

  • Gənclərin problemlərinin həlli ilə bağlı müxtəlif proqramlar, layihələr hazırlamaq və müvafiq dövlət orqanlarına, beynəlxalq təşkilatlara və fondlara təqdim etmək;
  • Gəncləri maraqlandıran məsələlər üzrə müxtəlif forma və mövzularda tədbirlər keçirmək;
  • Gənclərə, onların təşkilatlarına maddi və mənəvi yardım etməyə çalışmaq;
  • Müştərək və ya kiçik müəssisələr, asudə vaxt və sosial xidmət mərkəzləri, müxtəlif xeyriyyə tədbirləri, marafonlar, uduş və xeyriyyə-idman lotereyaları təşkil etmək;
  • Kütləvi informasiya vasitələri təsis etmək;
  • Respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə üzvlərin iştirakına kömək etmək;
  • Gənc liderlər üçün müxtəlif təcrübə kursları təşkil etmək;
  • Xarici ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları, beynəlxalq gənclər qurumları ilə əlaqələr yaratmaq, onlarla nümayəndələr mübadiləsini həyata keçirmək və s.;
  • Qanunla qadağan olunmayan digər fəaliyyət formalarından istifadə edir.