Azərbaycan Respublikası Sahibkarlar-İşəgötürənlər Birliyi xəritədə

Azərbaycan Respublikası Sahibkarlar-İşəgötürənlər Birliyi

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 57 AZ1110 *** 2 səs

Azərbaycan Respublikası Sahibkarlar-İşəgötürənlər Birliyi haqqında

5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi olaraq, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onlara ölkədə və xaricdə tərəf-daşlar tapmağa kömək edən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, Konfederasiya üzvlərinin biznesini müxtəlif risklərdən qoruyan, özünü idarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ASK ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında respublikanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, yüksək səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə müvəffəqiyyətli inteqrasiyası, ölkədə mövcud problemlərin həlli və əhalinin maddi rifahının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
Konfederasiya Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 2001-ci ildən başlayaraq üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar Ittifaqları Konfederasiyası və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir;

Konfederasiyanın vəzifələri

Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir;
Sahibkarlığa Kömək Dövlət Proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir;
Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır;
Üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edir;
Sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlarını hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
Ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir;
Sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir;
Sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onlarının əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır;
Sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir;