Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə daxil olmaq üçün 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydalara uyğun olaraq seçkilər keçirilir. Hal-hazırda Milli Məclisin tərkibini dördüncü çağırış deputatları təşkil edir.
Rəhbərlik
Deputatlar
Komitələr
İntizam komissiyası
Hesablayıcı komissiyası
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi
Təhlükəsizlik və Müdafiə Komitəsi
İqtisadi Siyasət Komitəsi
Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi
Aqrar Siyasət Komitəsi
Sosial Siyasət Komitəsi
Regional Məsələlər Komitəsi
Elm və Təhsil Komitəsi
Mədəniyyət Komitəsi
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi
İnsan Hüquqları Komitəsi