Azerbaycan Respublikası Milli Arxiv İdarəsi xəritədə

Azerbaycan Respublikası Milli Arxiv İdarəsi

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 593 AZ1000 *** 3 səs

Azerbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsidir.

Milli Arxiv İdarəsininin tarixi

1999-cu il iyul ayının 27-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Bu fərmanda Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublika Nazirlər Kabineti və digər icra hakimiyyəti strukturları qarşısında konkret vəzifələr qoyulmuş, həmin Qanunun həyata keçirilməsi üçün kimin hansı vəzifələri yerinə yetirməli olacağı müəyyənləşdirilmişdir. Bu fərmanla Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, arxiv işi sahəsində Qanundan irəli gələn vəzifələrin tənzimlənməsi məqsədi ilə yeni əsasnamə və qaydaları təsdiq etsin, dövlət arxivləri işçilərinin əmək haqqını qanunda nəzərdə tutulan qaydada müəyyənləşdirsin, habelə öz səlahiyyətləri daxilində «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Milli arxiv fondu haqqında Qanun

Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, yəni arxivlərimizin strategiyasını müəyyənləşdirən beş fəsil və 23 maddədən ibarət olan bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.İlk dəfə olaraq bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydalarla arxiv yaratmaq hüququna malikdirlər. Yaradılmış bu arxivlər küll halda Azərbaycan Respublikasının milli arxiv fondunu təşkil edir.Milli arxiv fondu haqqında Azərbaycan Respublikası qanunu ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edərək onun strategiyasını, gələcək işlərimizin başlıca istiqamətlərini müəyyənləşdirmişdir

Milli arxiv fonduna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri, kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir.


«Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ilk dəfə olaraq Milli arxiv fondunun külliyatı buraxılmalıdır. Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri Milli arxiv fondunun külliyyatı üçün müvafiq mə’lumatları hər il müəyyən edilmiş qaydada Milli Arxiv İdarəsinə təqdim etməlidirlər. Vətəndaşlarda saxlanılan tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyaları da Milli arxiv fondunun külliyyatına daxil edilə bilər.