Nabran Caspian Sea Resort xəritədə

Nabran Caspian Sea Resort

Nabran, Xaçmaz AZ2724 *** 1 səs

Nabran Caspian Sea Resort haqqında

“Caspian Sea Resort” oteli sizin bütün gözləntilərinizə cavab verir: bizim yüksək səviyyəli ixtisaslı heyətimiz və cari infrastrukturumuz hər gün28 kottecdə 109 qonağa xidmət etməyə imkan verir. Otelimiz hər birində 4 mənzil olan 6 kottec, 1 on nəfərlik kottec və 2 dəbdəbəli VİP villadan ibarətdir. Bütün otaqlar TV və peyk televiziyası, balkon, duş və vanna, fərdi şəkildə nizamlana bilən havalandırma sistemi ilə təchiz edilmişdir. “Caspian Sea Resort” oteli tam paket sistemi əsasında fəaliyyət göstərir və qiymət paketinə gün ərzində 3 dəfə yemək, velosipedlər, qamaklar, stolüstü tennis, dartalet, mini futbol, bilyard, badminton, nərd, domino, kart oyunları, disko və açıq hovuz daxildir. Bundan başqa, bizim işçi heyətimiz konfransların, eləcə də, müxtəlif ailə və korporativ tədbirlərin təşkilində böyük təcrübəyə malikdir.

Nabran Sea Resort kotteclər və villalar

Standart kotteclər - Xoş istirahətiniz üçün sizə lazım olan məhz budur! Bizim super rahat döşəklərlə təchiz olunmuş “queen size” çarpayılı və balkonlarından Xəzər dənizinin füsunkar mənzərəsi açılan otaqlarımızdan həzz alın.

  • Hamam otağı
  • İş masası
  • Working desk
  • Fərdi qaydada tənzimlənə bilən havalandırma sistemi
  • Mini – bar
  • LCD ekran TV
  • Eyvan
  • Gündəlik təmizlik xidməti

VIP Villa - Yaddaqalan təəssürat qazanmaq üçün daha geniş məkan və daha çox rahatlıqdan zövq alın! Özünüzü yataq və vanna otağının müasirliyi, genişliyi, rahatlığı, həmçinin Xəzər dənizinin mənzərəsi ilə valeh edin!

  • Qonaq otağı və mətbəx
  • 3 yataq otağı
  • Eyvan
  • Balcony
  • Geniş hamam otağı
  • Mini bar
  • Geniş iş masası
  • Fərdi qaydada tənzimlənə bilən havalandırma sistemi
  • Seyf
  • LCD ekran TV
  • Otaq xidməti
  • Gündəlik təmizlik xidməti

Nabran Sea Resort Xidmətləri

TAXI - Bakı və Xaçmaz arasında ən sürətli nəqliyyat vasitəsi taksidir. Bakıdan Xaçmaza magistral yolda yüksək sürətlə iki saata çatmaq mümkündür. Qiymətləri razılaşdırma yolu ilə əldə etmək olar: “Lada” markalı maşınlarla adambaşı qiymət 4-5 AZN (4 nəfər) və “Mercedes” markalı maşınlarla adambaşı qiymət 5 AZN təşkil edir. Taksi xidmətindən istifadə etsəniz, təqribən 20 AZN ödəyəcəksiniz.

Avtobus - Bakıdan Xaçmaza səhər saat 8-dən başlayaraq hər saatdan bir avtobus yola düşür. Bu rahat seçimdir, xidmət haqqı 3 AZN təşkil edir, lakin səyahət təxminən 3 saat çəkir.

Konfrans otaği - Konfransların, forum və seminarların keçirilməsi üçün otelin Biznes Mərkəzində 20-25 nəfərlik Konfrans otağı mövcuddur. Konfrans otağı aşağıdakı texniki vasitələrlə təchiz edilmişdir:

  • Geniş LCD ekran TV
  • Audio pleyerlər
  • CD pleyerlər
  • WI-FI
  • Telefon
  • Audio vizual sistemlər
  • Mikrofonlar
  • Kofe və yemək fasiləsi

MƏRASIMLƏR

  • Toy və nişan mərasimləri
  • Xına məclisi
  • Doğum günü partisi
  • Uşaq Klubu
  • Kokteyl partisi
  • Timbildinq
  • Korporativ tədbirlər
  • Buraxılış gecəsi
  • Pizza Party, Face art
  • Uşaqlar üçün yay məktəbi
  • Uşaqıar üçün rəssamlıq məşğələləri

ƏYLƏNCƏ VƏ OYUNLAR

  • Stolüstü tennis
  • Dartalet
  • Velosipedsürmə yarışı
  • Mini futbol
  • Skuter
  • Voleybol
  • Futbol
  • Kvadrosikl
  • Yoqa
  • Üzgüçülük
  • Çimərlik voleybolu
  • Meşə gəzintisi

KEYTERINQ XIDMƏTI - Keyterinq xidməti personalımız sizə xidmət göstərməkdən məmnunluq duyur. Biz müxtəlif tələbləri ödəyəcək geniş çeşiddə yemək və içki seçimləri təklif etməkdən qürur hissi keçiririk. Sadə kofe fasiləsindən tutmuş dəbdəbəli furşet və şam yeməyinə qədər, sizə yüksək səviyyədə keyterinq xidməti təklif edirik. Bizim işçi heyətimiz xüsusi menyular işləyib hazırlamağa və onları yaratmağa can atır. Tədbirlərinizin təşkil olunması üçün bizim keyterinq əməkdaşlarımıza müraciət etməniz yetərlidir.

  • Kofe fasiləsi
  • Nahar
  • Günorta fasiləsi
  • Qəbul
  • Şam