Zığ bələdiyyəsi xəritədə

Zığ bələdiyyəsi

Bakı, Zığ qəsəbəsi, Suraxanı rayonu, Zığ şossesi, 95 AZ1005 *** 1 səs

Zığ bələdiyyəsi haqqında

Zığ bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda fəaliyyət göstərir.Zığ bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.
Bələdiyyələrin say tərkibi "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.

Bələdiyyələrin yaradılması

Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.

Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində bələdiyyə qurumları formalaşmışdır. Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.