Zabrat bələdiyyəsi xəritədə

Zabrat bələdiyyəsi

Bakı, Zabrat-1 qəsəbəsi, Sabunçu rayonu, Nəriman Nərimanov küçəsi, 1 AZ1036 *** 2 səs

Zabrat bələdiyyəsi haqqında

Zabrat bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərir. Zabrat şimaldan və qərbdən Kürdəxanı və Məmmədli qəsəbələri, cənubdan Sabunçu rayonu, şərqdən Maştağa kəndi ilə əhatə olunmuşdur.Zabrat bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.

Bələdiyyələr haqqında

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində bələdiyyə qurumları formalaşmışdır. Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.
Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.