Yasamal rayon bələdiyyəsi xəritədə

Yasamal rayon bələdiyyəsi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 23 AZ1002 *** 0 səs

Yasamal rayon bələdiyyəsi haqqında

Yasamal bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərir.Yasamal bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Yasamal rayonu 1992-ci ilə qədər Oktyabr rayonu adlandırılmışdır.Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.

Bələdiyyələr haqqında

Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.Bələdiyyə orqanları—səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.Yerli əhəmiyyətli məsələlər — bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir.

Bələdiyyə mülkiyyət - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.